Arthur Conan Doyle "Kayıp Dünya" PDF
Professor Corc E. Çallencer iddia edir ki, dinozavrlar hələ də həyatdadır və onların harada tapıla biləcəyini bilir. Elm dünyası onun dəli və ya fırıldaqçı, bəlkə də hər ikisi olduğuna razılaşır. Professorun əlindəki yeganə dəlil bir neçə bulanıq fotoşəkildir. Alim həmkarları şəkillərin açıq-aşkar saxta olduğunu söyləyir, qəzetlər isə bunun xəyal olduğunu yazırdı. Bunlara qəzəblənən professor özünü təcrid edir.
Bu həssas mövzunu onun yanında dilə gətirməyə cəsarət edənlər professorun qəzəbi ilə özlərini evin xaricində tapıb mətbuat üçün bir neçə xəbər materialı daha yaradırlar. Professorun qəzəbi ilə üzləşəcək cəsur və ya axmaq gənc müxbir Daily qəzetində işləyən Edvard Malone'dur.
Fırtınalı keçən bir elmi toplantıda rəqib Professor Sammerlə Çallencerə meydan oxuyub professorun blöfünü görür və bir qrup könüllü gənc jurnalist ilə birlikdə Cənubi Amerikaya gedib iddiaları təkzib etməyə qərar verir... Məşhur ovçu Lord Con Rokston isə meşəyə qayıdıb bu kəşfə adını yazdırma fürsətini qaçıra bilməzdi. Çallencer, heç kimin iddialarına inanmasa da, bir çox insanın iddialarını ciddiyə almasından məmnun idi. Ancaq Cənubi Amerikada nə ilə qarşılaşacaqlar?
Dinozavrlarla mı qarşılaşacaqlar? Yoxsa geniş və ucsuz-bucaqsız meşələr və iddia edən professorun təxəyyülü ilə mi? Hər iki halda da hamısını təhlükəli bir macəra gözləyir. "İtmiş Dünya", Stiven Spilberqin "Jurassic Park"ının cəsur sələfidir. Dinozavrlar dünyasında bu incə və ustaca təsvirini Ser Artur Konan Doylun bal damlayan qələmindən oxuyacaqsınız.
Şərhlər 0
Şərh Yaz