Azərbaycancaaz
Mir.az » Kitablar » Hasan Aydın "İslam mədəniyyətində fəlsəfə böhranı və maarifçilik problemi" PDF

Hasan Aydın "İslam mədəniyyətində fəlsəfə böhranı və maarifçilik problemi" PDF

Hasan Aydın "İslam mədəniyyətində fəlsəfə böhranı və maarifçilik problemi" PDF
  • Reytinq: 3
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər
Bir mədəniyyətdə maarifləşmənin baş verməsi, həmin mədəniyyətdə yetişən fərdlərin öz köklərinə maraq göstərməsi və onları tənqidi şəkildə təhlil etməsi ilə mümkündür. Bu isə mədəniyyət köklərinə yönəlik tutucu, həvəsli, anaxronik və yüksəldici danışıq tərzi deyil, elmi şəkildə aparılmış tənqidi təhlilləri tələb edir. Bax bu kitab, orta əsrlərdən müasir dövrə qədər İslam mədəniyyətində ortaya çıxmış fəlsəfə hərəkətlərinə yönəlik həm qısa tanıdıcı məlumatlar, həm də fəlsəfənin yaşadığı böhrana dair tənqidi təhlillər ehtiva edir.
 
Prof. Dr. Hasan Aydının bu kitabı, demək olar ki, fəlsəfənin İslam mədəniyyət mühitindəki taleyini, əsas struktur problemlərini də nəzərə alaraq tarix-tənqidi metodla araşdırmaqda; tarixi proses daxilində müşahidə olunan fəlsəfəyə yönəlik münaqişə və gərginlik xətlərini tənqidi bir baxışla ortaya qoymaqda və onları tənqidi şəkildə təhlil etməkdədir. Bu baxımdan əsərin, İslam mədəniyyətində keçmişdə fəlsəfənin başına gələnlərin müasir dövrdə də baş verməməsi üçün bir xəbərdarlıq xarakteri daşıdığı belə deyilə bilər.
Hasan Aydın "İslam mədəniyyətində fəlsəfə böhranı və maarifçilik problemi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz