Azərbaycancaaz
Mir.az » Kitablar » Robert Qreyves "Yunan Mifləri" PDF

Robert Qreyves "Yunan Mifləri" PDF

Robert Qreyves "Yunan Mifləri" PDF
  • Reytinq: 3
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Oxuyucularımızın "Mən, Klavdius" adlı romanından və  tanıdığı tədqiqatçı, şair, romançı və tənqidçi Robert Qreyves bənzəri daha yazılmamış bu önəmli əsərində, yunan miflərini bir hekayəçi ustalığı ilə anladır və bir elm adamı diqqəti ilə təhlil edərək oxucuya "İliada" və "Odisseya" dadında bir mətn təqdim edir.

Kitabda Yunan Mifologiyasını təşkil edən hekayələr ahəngli bir üslubla bir araya gətirilir. Beləliklə miflərin dini və tarixi mənaları aydın şəkildə üzə çıxır. Demək olar ki, tam tərtib edilmiş istinadlar isə kitabı həm adi oxucu, həm də tədqiqatçılar üçün dəyərli, əvəzolunmaz bir mənbə edir.

Hər mifin sonundakı izahlar klassik hekayələrin müasir arxeoloji və antropoloji tapıntılar işığında şərh edilməsini təmin edir. Qreyves bir çox məlum və ya mübahisəli mifi orijinal bir şəkildə anladıb, maraq doğuran hala gətirir.

Yunan mifologiyasının araşdırılmasına, şimaldan və şərqdən Ari işğalçıların gəlməsindən əvvəl Avropada hansı dini və siyasi sistemlərin mövcud olduğu nəzərə alınaraq başlanması lazım olduğunu irəli sürən müəllif, Troya Müharibəsi, Odisseyin səyahəti, Heraklesin qəhrəmanlıqları, Axillesin zəfərləri və daha başqa bir çox hadisəni anladan mifoloji hekayələri aktararkən, bizə Helen öncəsi və Helen dövrü mədəniyyətləri arasındakı əlaqənin Yunan mifologiyasının formalaşmasına çox böyük bir təsir etdiyini göstərir.

Robert Qreyves "Yunan Mifləri" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz