Aşkın və Atəş bir-birlərinə qarşı hisslərini tamamilə qəbul edərək və aralarındakı inamsızlığı aradan qaldıraraq münasibətlərini bir addım irəli aparmışlar. Lakin bunlar baş verərkən yeni düşmənlər özünü göstərməyə, keçmişdən gələn sirlər, xəyanətlər və acılar üzə çıxmağa başlayır. Elə ki, Aşkın'ın Atəş'lə artan bağlılığının ehtirasını yaşamağa fürsət tapmadan öyrəndiyi yeni həqiqətlərlə dünyası alt-üst olur. Qaranlıqdan ortaya çıxan yeni sirlər onun belə ağlının almayacağı qədər mürəkkəbdir.
Aşkın öyrəndiyi yeni həqiqətlərin və yaşadığı böyük itkilərin ardınca könüllü bir təslimiyyət göstərib qandallara və dəmir barmaqlıqlara getdikcə yaxınlaşarkən, əslində yeni bir həyatın başlanğıcında olduğunun fərqində deyildir.
Atəş'lə yaşadıqları böyük eşqə baxmayaraq, bir dəfə də üz-üzə gəlmək məcburiyyətində qalırlar, amma hər ikisinin yaxşı bildiyi bir həqiqət var: Atəş və Atəşparəni heç kim məğlub edə bilməzdi.
"Bu son kimi görünürdü, amma son deyildi. Sadəcə yeni bir inqilabın başlanğıcı, ölümsüz olacaq üsyanın yeni pərdəsi idi. Bəlkə də nə Atəş, nə də Atəş parçası hələ bir-birləri ilə tanış olmamışdılar."
Şərhlər 1
Şərh Yaz