Azərbaycancaaz
Mir.az » Kitablar » Abdulaziz Bayındır "Quranın İzahlı Tərcüməsi" PDF

Abdulaziz Bayındır "Quranın İzahlı Tərcüməsi" PDF

Abdulaziz Bayındır "Quranın İzahlı Tərcüməsi" PDF
  • Reytinq: 4
  • Şərhlər: 1
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

İlahiyyat elmləri doktoru, professor Abdulaziz Bayındır 1951-ci ildə Türkiyənin Ərzurum şəhərində anadan olmuşdur. 1971-ci ildə İstanbul ilahiyyat liseyini, 1976-cı ildə Atatürk Universitetinin İslam elmləri fakültəsini bitirmiş, 1976-cı ildən 1997-ci ilədək İstanbul müftiliyində müavin vəzifəsində işləmişdir. Bu müddət ərzində fitva hey’ətinin sədri və şəriət məhkəmələri arxivinin mü

Abdulaziz Bayındır 1984-cü ildə İslam hüququ ixtisası üzrə ilahiyyat elmləri namizədi, 1987-ci ildə İslam iqtisadiyyatına dair elmi araşdırmaları ilə kəlam (müsəlman ilahiyyatı) və İslam hüququ ixtisasları üzrə ilahiyyat elmləri doktoru olmuşdur. 1993-cü ildə Süleymaniyyə vəqfini tə’sis etmişdir. Akademik fəaliyyətini 1997-ci ildən e’tibarən İstanbul Universitetinin İlahiyyat fakültəsində davam etdirir. Hal-hazırda həmin fakültənin professoru olub, eyni zamanda dünya dinləri mədəniyyəti və İslam hüququ kafedralarının müdiri vəzifəsində işləyir. Ana dilindən başqa Ərəb, Fransız və İngilis dillərini də akademik səviyyədə bilən Abdulaziz Bayındır indiyədək müxtəlif dillərdə nəşr olunmuş 8 kitabın və 25- dən çox elmi məqalənin müəllifidir. Qur’an işığında təriqətçiliyə baxış adlı kitabı Rus dilinə tərcümə edilmiş və 2002-2003 illəri arasında Müsəlman Dialoqu ümumi başlığı ilə Rusiyanın nüfuzlu jurnallarından biri olan Elm və Din (Наука и Религия) jurnalında nəşr olunmuşdur.

Professor Abdulaziz Bayındır evli və 4 övlad atasıdır.

Abdulaziz Bayındır "Quranın İzahlı Tərcüməsi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Kamil7
    Kamil7
    Şərhçi
    Əssaləmu aleykum.Tövsiyyə olunur.Oxuyun.Vaxt itkisi deyil.Hətta müəyyən məna da təəccüblənəcəksiniz...
    --------------------
    KmL

Şərh Yaz