Halide Nusret Zorlutuna "Mənim Kiçik Dostlarım" PDF
- Müəllif:
-
Dil:
- Janr: Xatirə
- Baxılıb: 625
- Yükləndi:
- Yükləyən:
Bir yaşından iyirmi yaşına qədər hər uşaq, məncə zövqlə oxunmağa dəyər maraqlı bir kitabdır; qarşısında uzun-uzadı, heyranlıqla düşünüləcək bir naməlumlar aləmidir.
İyirmi bir ildir ki, bu kitabları vərəq-vərəq, sətir-sətir oxumağa və anlamağa çalışıram. Lakin hələ də "Uşaq" adlı kitabda anlaya bilmədiyim, açıqlaya bilmədiyim cümlələrə rast gəlirəm. Bu etirafımdan sonra, oxucularım bu əsərdə təcrübələrin bəlkə haqlı, ancaq hər halda soyuq və dadsız qürurunu əlbəttə ki, axtarmayacaqlar.
Xeyr, əziz oxucularım, əlinizdəki kitab, ciddi, psixoloji bir əsər olmaq iddiasında deyil. Buna bir "hekayə kitabı" da deyilməz. Çünki içində bir damla belə xəyal tapa bilməyəcəksiniz.
Mən bu kitabda sadəcə gördüklərimi və duyduqlarımı - eşitdiklərimi deyil, hiss etdiklərimi - təqdim edirəm. O qədər çox sevdiyim "Kiçik Dostlarım"ı, daha doğrusu minlərlə kiçik dostumdan təsadüfən bir neçəsini oxucularıma da tanıtmaq istədim.
Şərhlər 0
Şərh Yaz