Azərbaycancaaz
Mir.az » Kitablar » Mike Duncan "Fırtınadan əvvəl Fırtınadan sonra" PDF

Mike Duncan "Fırtınadan əvvəl Fırtınadan sonra" PDF

Mike Duncan "Fırtınadan əvvəl Fırtınadan sonra" PDF
  • Reytinq: 3
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Mükafatlı podcast seriyası "The History of Rome and Revolutions" (Roma və İnqilablar Tarixi) yaradıcısı Mayk Dankan, Roma Respublikasının süqutuna zəmin hazırlayan qanlı müharibələri, siyasi intriqaları və insanlıq dramını qeyri-adi bir təhkiyə ilə təqdim edir.

Roma Respublikası sivilizasiya tarixində ən diqqətçəkən nailiyyətlərdən biri idi. İtaliyanın mərkəzində kiçik bir şəhər-dövlət kimi yaranan Roma; kiçik tiranlar, barbar qəbilə başçıları və zalım krallarla dolu daha geniş bir dünyaya addım-addım irəlilədi. Əsrlər boyu Romanın kooperativ və iştirakçı idarəetmə modeli antik dünya tarixində qeydə dəyər dərəcədə davamlı və bənzərsiz qalmışdır.

E.ə. 146-cı ildə Roma, nəhayət, Aralıq dənizinin ən güclü dövləti kimi ortaya çıxdı. Lakin Respublikanın bu üstün nailiyyəti onun məhvinə səbəb oldu. Respublika sistemi Romanın idarə etdiyi böyük İmperiyanın öhdəsindən gələ bilmədi. Artan iqtisadi bərabərsizlik ənənəvi həyat tərzini pozdu. Kök salmış sosial və etnik qərəzlər vətəndaşlıq və səsvermə hüquqları üzərində münaqişələrə yol açdı. Geniş yayılmış korrupsiya və amansız hərislik Respublikanın sarsılmaz təməllərini çatlatdıran şiddətli siyasi toqquşmalara səbəb oldu.

E.ə. 146-78 xronologiyasında "Fırtınadan Əvvəl Fırtına", bu yeni və xain siyasi mühitlə üzləşən ilk nəsli cəsarətlə araşdırır. Sələflərinin köhnə prinsiplərini tərk edən Marius, Sulla və Qrakxi qardaşları kimi adamlar, Respublikanı məhvə aparan və yolunu azan bir mədəniyyətin başına nələr gələ biləcəyinə dair tam mənası ilə bir xəbərdarlıq xarakteri daşıyan son dərəcə riskli yeni tədbirlər tətbiq etmişlər.

Mike Duncan "Fırtınadan əvvəl Fırtınadan sonra" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz