Azərbaycancaaz
Mir.az » Kitablar » Ellen Meiksins Wood "Vətəndaşlardan Lordlara" PDF

Ellen Meiksins Wood "Vətəndaşlardan Lordlara" PDF

Ellen Meiksins Wood "Vətəndaşlardan Lordlara" PDF
  • Reytinq: 1
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Ellen Meiksins Wood bu son əsərində siyasət nəzəriyyəsi tarixini yenidən şərh edir. Qərb ənənəsini klassik qədim dövrdən orta əsrlərin sonuna qədər ictimai tarix baxımından araşdırır. Bu əsər təkcə standartlaşmış mücərrəd fikirlər tarixindən deyil, digər tarixi kontekst çərçivəsini istifadə edən əsərlərdən də çox fərqlənir.

Wood sanki müqəddəslik mərtəbəsinə qoyulmuş klassik mütəfəkkirləri ehtirasla öz işlərinə bağlı insanlar kimi ələ alır. Onların fikirlərini siyasət dili kontekstində olduğu qədər, yaşadıqları ictimai şəraitin problemlərinə və ziddiyyətlərinə verdikləri yaradıcı cavabları və həll təklifləri ilə də incələyir. Qərb tarixinin özünəməxsus mülkiyyət-dövlət əlaqəsi üzərində dayanaraq, bunun hakim fikirləri necə formalaşdırdığını ortaya çıxarır. Həmçinin mülk sahibləri, əməkçilər və dövlətlərlə üçlü qarşılıqlı təsirin Qərb siyasət nəzəriyyəsi və praktikasına necə təsir etdiyini araşdırır.

Qədim Yunan dövrünün parlaq mütəfəkkirləri Platon, Aristotel, Esxil və Sofokldən Roma Respublikasının Siseronuna, imperatorluq dövrünün Tarsuslu Pavel və Hipponlu Avqustininə, buradan orta əsr dünyasına keçirik: İbn Rüşdün, Akvinolu Fomanın, Padovalı Marsillionun və Okkamli Vilyamın fikirləri həm müasirləri, həm də sələfləri ilə müqayisəli şəkildə araşdırılır.

"Vətəndaşlardan Lordlara" dünya fikir tarixinə qalıcı töhfələr verən mütəfəkkirlərin yaşadıqları ictimai şərait kontekstində ələ alındığı, orijinal mənbələrin və çarpıcı analizlərin müşayiəti ilə araşdırıldığı bir əsərdir. Wood, çox geniş bir sahədəki qədim və orta əsr mütəfəkkirlərini möhtəşəm bir anlayışla ələ alır.

Ellen Meiksins Wood "Vətəndaşlardan Lordlara" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz