Barbara Hendel "Ağrısız oynaqlar" PDF
Hər cür hərəkətimizi borclu olduğumuz oynaqlarımız həqiqətən möcüzəvi quruluşlardır. Onlar olmadan tükümüzü belə tərpədə bilməz, barmağımızı oynadabilmərik. Bəs, dəyərini kifayət qədər bilrikmi? Qayğı göstərikmi? Xüsusilə yaş bir az irəliləyəndə müxtəlif ağrılardan, revmatizmdən şikayət etməyən varmı? Sümük əriməsi geniş yayılmış bir problem deyilmi?
Dr. Barbara Hendel məhz bu problemləri ələ alır və yaşlı dövrə qədər necə ağrısız qala biləcəyimizi, necə hərəkətli və aktiv bir həyat sürə biləcəyimizi izah edir.
Ömür uzunluğunun artması ilə bərabər bədənimizə qayğı göstərməsək, tarazlı və sağlam qidalanmasaq və kifayət qədər hərəkətli olmasaq müxtəlif xəstəliklərlə, o cümlədən oynaq problemləri ilə üzləşməyimiz qaçılmazdır.
Əslində biz hələ fərqinə varmasaq da, adətən 40 yaşından sonra oynaqlarda yıpranma başlayır. Bu, artrozun, yəni revmatizmin sinsi başlanğıcı olaraq görülə bilər və qığırdaqdakı yıpranma müəyyən bir səviyyənin üzərinə çıxanda ağrılar da başlayır. Oynaqların bizim üçün nə qədər vacib olduğunu bu ağrılarla birlikdə anlamağa başlayırıq. Ağrılı şikayətlər başladığı andan etibarən proses irəliləmiş və müalicə də çətinləşmişdir.
Şərhlər 0
Şərh Yaz