Məni gözləyərkən, hər zamankından daha gözəl, daha müdafiəsiz, daha cəlbedici, daha dərin idi. Öz çatışmazlığımı onun mənalı üzündən oxumaq... Bəs gəlməsəm narahatlığı ilə gərilən cizgiləri, sehirli bir tərəddüdlə ətrafına baxınması, milyardlarla insanın yaşadığı nəhəng dünyada yalnız məni gözləməsi... Məhz bu baş gicəlləndirici mənzərə qarşısında hüzur içində ölə bilərdim. İnsanın aşiq olduğu şəxsin onu gözləməsini izləməsi möhtəşəm bir şeydir. Bilirəm, bu çox rast gəlinən bir mənzərə deyil. Çünki o səni gözləyərkən, sən orada olmazsan. Orada olduğunda isə, artıq səni gözləmir.
Dəfn evləri, egzoz qoxusu, ucuz filmlər, qışqıran televizorlar, divanlar, uğultulu fotoşəkillər, şəhərin ağrıyan oynaqları, radionun dalğa boyunda sıxıntı, yağmurluqlu adamlar, ilin ən pis gününün ən bərbad saatında yaşanan kabus ağlığında təsadüflər, qəzet elanları, mırıldayan itlər, tribuna uşaqları, Hakan Bıçakcı binaları, paranormal pomidorlar, flaşlar və bəli Ninjalar... Hamısı bir yerdə...
Hakan Bıçakcı narahatlığı, obsessiyanı və məmnuniyyətsizliyi ustalıqla anladır. Romanlarındakı qeyri-adiliyi bu dəfə hekayələri ilə davam etdirir.
Hakan Bıçakcıdan qəribə hekayələr... Ürkək və tutqun zaman prelüdü...
Şərhlər 0
Şərh Yaz