Azərbaycancaaz
Mir.az » Kitablar » Erika Ceymsin "Bozun əlli çaları" PDF

Erika Ceymsin "Bozun əlli çaları" PDF

Erika Ceymsin "Bozun əlli çaları" PDF
  • Reytinq: 44
  • Şərhlər: 5
Populyarlıq 66% 66%


Diqqət Çəkənlər

"Bozun əlli çaları" ngiltərə yazıçısı Erika Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır. Son illərin ən oxunan erotik romanı. Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər "analar üçün porno" adlandırıblar.

Erotik məzmunlu "Bozun əlli çaları" 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.

“Bozun 50 çaları” haqqında ən maraqlı faktlar


1. Evdar xanımlar üçün nəzərdə tutulmuş BDSM (Bondage, Discipline, Sadism, Masochism)
Uzun müddət dillərdən düşməyən və müəllifinə xeyli şöhrət və pul gətirən Stefani Mayersin "Alatoranlıq" kitab seriyaları kimi "Bozun əlli çaları" da əvvəlcə yüngül ədəbiyyat olaraq evdar xanımların oxunması məqsədilə yazılıb.

2. Roman ingilis dili öyrənmək üçün vəsait hesab oluna bilər


"Bozun əlli çaları"nı oxuyanların sözlərinə görə, roman səlis ingilis dilində yazılıb və bu səlisliyin dili öyrənmək istəyənlərə böyük köməyi dəyə bilər. Əsəri oxuyanlar bədii cəhətdən o qədər də güclü olmadığını, amma dilinin rəvan olduğunu, kitabın birnəfəsə oxunduğunu açıqlayıblar. Lakin Britaniya mətbuatı müəllifi primitiv yazı üsuluna görə hələ də ittiham etməkdədir. Amerika mətbuatı isə Erikanı təmiz Britaniya dilində yazdığına görə ittiham edir.

3. Filmin baş rol ifaçılarını kitabın müəllifi seçib


Erika Leonard Ceyms birmənalı şəkildə "Alatoranlıq" filminin baş rollarını Robert Pattinson və Kristian Stüart və Anasteyşa Stilin canlandırmasına qarşı idi. Müəyyən mənada Stefani Mayersin bu əsərindən təsirlənərək "Bozun 50 çaları"nı qələmə alan yazıçı əsərinin ssenarisi əsasında ekranlaşdırılan filmə baş rol ifaçılarını özü seçib.

4. Qışı yazla əvəz ediblər


Film qış aylarında Kanadada çəkilib, amma yaz fəslini canlandırmalı olduqlarına görə aktyorlar yaz paltarları geyinməyə məcbur olublar. Əsərə görə, Anasteyşa Stil və Kristian Qrey yazda tanış olurlar.

5. Rejissor öz ərindən 23 yaş böyükdür


Filmin rejissoru Sem Teylor Conson 1967-ci il təvəllüdlüdür. 2012-ci ildə o, 22 yaşlı yaraşıqlı oğlana ərə gedib. Aaron Consonla olan evliliyindən onların iki oğulları var.

6. Beyons filmin şərəfinə mahnı yazıb


"Crazy in love" mahnısının yeni versiyası sözügedən filmə həsr olunub. Filmin treyleri internetdə yayılanda bu barədə ilk məlumatlardan birini də Beyons şəxsi "instagram" hesabında vermişdi.
Erika Ceymsin "Bozun əlli çaları" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 5

Şərh Yaz
  1. Qonaq Aysel
    Qonaq Aysel
    Qonaq
    Cox gozel
  2. Qonaq İsgəndərova Gülnar
    Qonaq İsgəndərova Gülnar
    Qonaq
    Salam.Mən qeydiyyatdan keçmişəm ancaq kitab yükləyə bilmirəm.Zəhmət olmasa bilən varsa deyərdi.
  3. Elcin Necefov
    Elcin Necefov
    Qonaq
    Pdf Yukləmək olmur necə yuklənir?

  4. Qonaq Vəfa
    Qonaq Vəfa
    Qonaq
    Kitab oxuyaraq cəhalətdən qurtulaqKitab oxuyaraq cəhalətdən qurtulaq.Pdf yükləməl olmur
  5. Qaqaqaqa9304
    Qaqaqaqa9304
    Oxucu

    Gözəl 

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar