Byung Chul Han "Yorğunluq Cəmiyyəti" PDF
- Müəllif:
-
Dil:
- Janr: Sosiologiya | Araştırma
- Baxılıb: 830
- Yükləndi:
- Yükləyən:
İnsanların vaxt öldürmək üçün çırpındığı zamanlar bitdi. Artıq zamanın ölü doğduğu, bir gələcək üfüqünün yerini “dərhal indi”nin aldığı dövrdə yaşayırıq. Hələ 1945-ci ildə Vâ-Nu Akşam qəzetindəki köşəsində məmurluqdan, həyatdan sıxılanlar üçün amatörlüyü məsləhət görürdü, Erişirgil isə 1956-cı ildə yazdığı **Merak ve Dikkat** adlı kitabında sıxılmış tələbələrə maraq necə aşılana bilər sualını verirdi. Marağın oyanmadan diqqət olmayacağını, təhsilin marağı yaratmalı olduğunu deyirdi.
80-ci illərlə birlikdə köhnələrin “sürət əsri” adlandırdığı dövrü bağlayan, sürətin yalnızca fiziki deyil, eyni zamanda virtual dünyada da bir məsələ halına gəldiyi, insanların, məlumatın hər an əlçatan olduğu, sosial əlaqələrin yerini ‘qarşılıqlı təsir’ə buraxdığı bir dövrə girdik. Marağımız varsa belə, maraq göstərmirik, diqqətimizi toplaya bilmirik.
Diqqətimiz proqram interfeyslərinin arasında, bir səthdən digərinə atlamaqla məşğuldur. Aralıq vaxtın yerini hiperaktivlik, yəni ordan ora atlanmaq aldı. Yerimizdə dura bilmirik. Gündəmlərimiz fasiləsiz olaraq “aktual”laşdırılır və bütün bu bitməyən yeni-indidən bezmişik, bu gün olmasa sabah...
**Yorğunluq Cəmiyyəti**ni Almaniyada son on ilin ən çox satan kitablarından biri edən şey, kapitalizmin son iyirmi ilində ortaya çıxan yeni bir həyat tərzinin insanı necə xırdaladığını göstərməsidir: hər şeydən tükənmişik və davam edirik, hər şey bizə yorucu gəlir, amma yenə də davam edirik. Byung-Chul Han’ın əsəri, sürüncədə qalmış, depresiyadan çıxa bilməyən, həddindən artıq iş yükü altında qalan insanın vəziyyətinə dair bir şah əsərdir.
Byung Chul Han "Yorğunluq Cəmiyyəti" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Şərhlər 0
Şərh Yaz