Gene Vulf "Liktorun Qılıncı" PDF
- Müəllif:
-
Dil:
- Janr: Elmi-Fantastika
- Baxılıb: 406
- Yükləndi:
- Yükləyən:
Elmi fantastika klassikləri – 67
“Bəzən bir oğlan uşağının gözlərindən gələcəkdə kədərli bir adam olacağını anlayıram.” Elmi fantastikanın Melville'i kimi tanınan Gene Wolfe, spekulyativ ədəbiyyatın sərhədlərini zorlayan, fantaziyadan elm, elmdən isə fantaziya çıxarmağı bacaran, janrın hər sahəsində bərabər dərəcədə möhtəşəm əsərlər verən nadir yazıçılardan biridir. Wolfe’un dilin və janrın imkanlarını sonuna qədər istifadə etdiyi, elmi fantastikanın Ulysses'i olaraq da tanınan Yeni Günəş Kitabının üçüncü cildi Liktorun Qılıncında isə bu sirli səyahətin sonuna yaxınlaşırıq artıq.
Günümüzdən yüz minlərlə il sonrası. Ancaq elə bir gələcək ki, keçmişdən fərqi yoxdur. Bu günə aid mədəniyyət və hadisələr artıq bir xatirə belə deyil. Planet, gözlənilməz və sirli şəkildə dəyişikliklərə uğramış. Günəşin ömrünün sonu çatmış, sönməkdədir.
İşgəncəçi Severian, sürgün edildiyi Thrax’a, Pəncərəsiz Otaqlar Şəhərinə nəhayət çatdı. Ancaq vicdanı səbəbindən buranı da tərk etmək məcburiyyətində qalacaq və dağları aşacağı bu səyahətində, adaşı olan bir oğlan da ona yoldaşlıq edəcək.
Seriyanın bu cildində, Severian, tale qədər əzəmətli qılıncı Terminus Est və çox güclü bir işığa malik olan qiymətli daşı Pəncə ilə yoluna davam edəcək, qarşısına çıxan canavarları məğlub edəcək, bu yıxılmış dünyanın keçmişi haqqında bir az daha məlumat əldə edəcək və bəzi köhnə simalarla yenidən qarşılaşacaq. Günəş əlbəttə bir gün öləcək. Və Yeni Günəş əlbəttə bir gün doğacaq. Liktorun Qılıncı, tək bir zərbə ilə bir-birindən ayrılmayan doğru ilə yanlışın kitabıdır.
“Son əlli ilin ən qeyri-adi elmi fantastika kitabı. Yeni Günəş Kitabı, elmi fantastika ədəbiyyatının Itirilmiş Zamanın İzində’si olmağa ən yaxın əsərdir.”
–Neil Gaiman
Şərhlər 0
Şərh Yaz