Azərbaycancaaz
Mir.az » Kitablar » Iain M. Banks "Cəbirçi" PDF

Iain M. Banks "Cəbirçi" PDF

Iain M. Banks "Cəbirçi" PDF
  • Reytinq: 3
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

İl Miladdan Sonra 4034. İnsanlıq çoxdan kosmosu koloniyalaşdırmağı bacarmışdır. Ancaq Nasqueron Əhalisinin yüksək idarəetmə təbəqələri arasına tədqiqatçı statusu ilə qəbul edilmiş Yavaş Kahin Fassin Taak, ili sağ-salamat başa vura bilsə, özünü xoşbəxt sayacaq. Bir vaxtlar möhtəşəm olan, amma son dövrlərdə çöküşdə olan bu icma, hər nə qədər zahirən çox yüksək inkişaf səviyyəsinə malik kimi görünsə də, əslində barbarca qəbul edilən bir həyat tərzinə sahibdir. Öz gənclərini ovlamaqdan zövq alan və yalnız adət yerini bulsun deyə mənasız daxili müharibələr seriyasına girən bu irq, digər bütün icmalar tərəfindən təcrid olunmuşdur.

Haqqında demək olar ki, heç bir məlumatın olmadığı, hərbi-dini xüsusiyyətə malik bir əmrlər zəncirinin – bu, qalaktikanın idarəsini bir müddətdir əlində saxlayan son güc hakimiyyəti, yəni Mercatoria adlı barok iyerarxiyanın bir hissəsidir eyni zamanda – gözlənilməz dəstəyini arxasına alan Fassin Taak bir daha Əhalinin yaşam sahəsinə səyahət etməli olur. Onun arxasınca düşdüyü şey isə yarım milyard ildir gizli qalan bir sirrdir. Digər tərəfdən, nəhəng bir müharibə hər keçən gün daha da yaxınlaşır… Kahin Taak’ın o günə qədər tanıyıb bildiyi hər şeyi və hər kəsi bir anda məhv etməsi ehtimalı yüksək olan bir müharibə…

Bir çox romanı “ölmədən əvvəl oxunması gərəkən 1001 kitab” siyahısında görülən Iain Banks, The Times tərəfindən “1945 sonrası Ən Yaxşı 50 Britaniyalı Yazıçı” siyahısına seçilmişdir. Şotland yazıçı, həyatı boyunca saysız mükafata namizəd göstərilmiş və bir çoxuna da sahib olmuşdur.

Iain M. Banks "Cəbirçi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz