Sezen Aksın "Günəş Tutulması - Esnaf İşi Eşq Seriyası" PDF
AY ÇARPMASI İLƏ BAŞLAYAN ESNAF İŞİ EŞQİN İSTİ MACƏRASI, GÜNƏŞ TUTULMASI İLƏ SON SÜRƏT DAVAM EDİR.
Fatihlə yaşadığı üzləşmədə öyrəndikləri, Nilin tarazlığını alt-üst etmişdir. İçində oyanmış xaosa baxmayaraq Nil, sevdiklərinin üzülüb inciməsini istəmədiyindən, tutulma gecəsi və sonrasında olanları heç kimlə bölüşə bilmir, lakin Fatihin etdiklərinin cəzasız qalması fikrinə də dözə bilmir. Əvəz çıxmağa qərarlıdır, ancaq atacağı hər addımda gizlilik əsas olacaqdır.
Nə var ki, esnafların çox yaxşı bildiyi kimi, evdəki hesab bazara uymaz.
Məhəllədə qaynayan dedi-qodu qazanları, hiyləgər elçilər və Bursalılara dadanan arsız oğrular üçbucağında işlər çətinləşməyə başlayır. Fatihin qəzəblə qalxıb zərərlə oturması ilə qəlbində birdən cücərən kitab sevgisi və Kürşadın öz şəxsi hesabları da qarışıqlığı qızışdırır.
Ayın kölgəsi Yerin üzərinə düşdüyündə Günəş ortadan yox olur və aydınlıq birdən qaranlığa qərq olur. Göyüzünə baxan insan həm qorxur, həm də sehrlənir. İnsanı insan edən də ziddiyyətləri deyilmi?
İnsanın doğru zənn etdiyi yanlışları, tutulmamaq üçün çırpındığı çıxmazları var. Qüsursuzluğun tələsinə düşməyib özü ilə barışa bildiyində, qəlbinin qapıları ancaq aralanır.
GÜNƏŞ TUTULMASI, OXUCULARI AİLƏ BAĞLARI, DOSTLUQ VƏ EŞQ HAQQINDA GURULTULU-PATIRTILI KOMİK BİR SƏYAHƏTƏ DƏVƏT EDİR.
Şərhlər 0
Şərh Yaz