Qəlbi minlərlə qırıq parça ilə dolu olsa da ümidini canlı tutan bir qadın...
Londonda heç cür xoşbəxtliyi tapa bilməyən və sevmədiyi bir iş görən CC artıq həyatına bu şəkildə davam etmək istəmədiyindən əmindir. Və qısa müddət əvvəl tanış olduğu oğlan dostu Cənubi Fransaya köçməyə qərar verəndə CC də onunla birlikdə gedib özü üçün yeni bir başlanğıc edə biləcəyini düşünür. Bəli, bu planla bağlı zehnində hələ də yerinə oturmayan parçalar var, ancaq mavi bir dəniz, gözəl şərablar və bol günəş işığı ilə Londonun tutqun, soyuq iqlimi necə müqayisə edilə bilər ki?
Əlbəttə, CC getdiyi yerin ucqar bir qəsəbədə, xaraba halda olan bir ferma evi olduğunu çox gec öyrənir. Artıq demək olar ki, başdan tikilməli olan bir bina ilə, qəribə Fransız esnafı ilə və dəhşət filmindən çıxmış kimi davranan qonşularla baş-başadır.
Xəyalının hər an kabusa çevrilə biləcəyini anlayan CC indi başladığı nöqtəyə geri dönmək ilə sevdiyi adamın yanında çətinliklərə sinə gərmək arasında qərar verməli vəziyyətdədir...
Şərhlər 0
Şərh Yaz