Azərbaycancaaz
Mir.az » Kitablar » Gerald Martin "Gabriel Garcia Marquez" PDF

Gerald Martin "Gabriel Garcia Marquez" PDF

Gerald Martin "Gabriel Garcia Marquez" PDF
  • Reytinq: 1
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Oxucuları ilə görüşdüyü andan böyük diqqət çəkən və sonradan klassik səviyyəyə çatan “Yüz ilin tənhalığı” kitabının müəllifi Qabriel Qarsia Markes 1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatını alanda, üç ölkə onun öz ölkəsinin yazarı olduğunu iddia edəcəkdi. Kolumbiya, Meksika və Kuba. Üstəlik, hər şey qaydasında idi. Kolumbiya onun doğulub boya-başa çatdığı, bu qədər məhrumiyyət və yoxsulluqdan əziyyət çəkməsinə baxmayaraq, inadla öz üslubunu yazan, uzun, səlis və təəccüblü dərəcədə həyəcanlı cümlələr qurduğu vətəni idi. Onun ən uzun yaşadığı və ən rahat işlədiyi yer Meksika olub. Kuba isə özünü siyasi cəhətdən vətəndaş kimi hiss etdiyi ölkə idi, çünki hər bir Latın Amerikalısında bir az Fidel ruhu var idi.

Doğma şəhərinin xalq mahnılarını oxumaqdan və küçələrdə rəqs etməkdən həzz alan Markes siyasi mövqeyi, qitəsinin hakim diktatorlarını məruz qoyduğu soyuq duşlar, öz ədəbi ləzzətləri ilə oxucularına daddırdığı ədəbi həzzlər sayəsində getdikcə genişlənən dost çevrəsi qazanıb. Latın Amerikasının sehrli realizmi adlandırılan hərəkatının ən mühüm yazıçısı kimi o, Fidel Kastro, Fransua Mitteran, Felipe Qonzales, Bill Klinton başda olmaqla dünyanın bir çox mühüm liderlərinin dostluğunu qazanmışdır.

Ölkəsinə, qitəsinə töhfə vermək üçün çox çalışdıqdan və dünyanın ən məşhur Nobel mükafatçısı olduqdan sonra o, özünə hörmət edən hər bir yazıçının ingilis dilində tərcümeyi-halı olması lazım olduğuna əmin oldu və öz həyat hekayəsini kağız üzərində yazmaq istədi. Amerikalı ədəbiyyat mütəxəssisi Cerald Martinin təklifini qəbul etdi. On yeddi il ərzində ərzində ərsəyə gələn bu boqrafik yazı Martinin üç yüzdən çox insanın müsahibələrini əhatə edən uzun və yorucu işinin nəticəsidir.
Gerald Martin "Gabriel Garcia Marquez" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar