Azərbaycancaaz
Mir.az » Kitablar » Andrzej Sapkowski "The Witcher 1 - Son Dilək" PDF

Andrzej Sapkowski "The Witcher 1 - Son Dilək" PDF

Andrzej Sapkowski "The Witcher 1 - Son Dilək" PDF
  • Reytinq: 3
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

İngiltərə üçün Tolkien, Amerika üçün George R. R. Martin nədirsə, Şərqi Avropa üçün Sapkowski odur.

Rivyalı Geralt bir Witcherdir. O, hələ uşaq ikən seçilmiş, təlim almış, sehrlərlə gücləndirilmiş və mutasiya keçirmiş bir canavar ovçusudur. Amansız, təhlükəli, qaranlıq və canavarlarla dolu bir dünyada yaşayır.
Onun dünyasında nağıllar heç də saf və günahsız deyil. Qar Kraliçası quldur dəstəsinin başçısıdır. “Gözəl və Çirkin”də rollar tamamilə fərqlidir. Üç arzu yerinə yetirən cinlərlə qarşılaşmaq belə istəməzsiniz.
Günahsızların müdafiəçisi Geralt, qızları canavara çevrilmiş ensest padşahlarla, intiqam hissi ilə yanan cinlərlə, aşiq vampirlərlə və daha nələr ilə qarşılaşır. Onların hamısı son dərəcə təhlükəlidir və heç biri göründüyü kimi deyil.

Tənqidçilərdən rəylər:

“Mieville və Neil Gaiman kimi Sapkowski də köhnəni götürüb yeniləyir… Fantastik ədəbiyyatda yeni bir nəfəs.” Foundation
“Bu kitabı həqiqətən, həqiqətən çox bəyəndim… Sapkowskinin dünyasında heç bir xarakter qara və ya ağ deyil. Geralt və canavarlar da daxil olmaqla hər kəs bozun bir çalarındadır.” The Deckled Edge
“Dünyadan bezmişliyi və saysız döyüşlərdə qazandığı güclər Geraltı bu qədər maraqlı bir xarakterə çevirir.” Edge
“Sapkowskinin Witcher kainatı müasir fantastik ədəbiyyat dünyasının ən detallılarından biridir və bir çox yenilikçi ideya təqdim edir. Qarışıq xarakter münasibətləri bu dünyanı daha da zənginləşdirir… Fantastik ədəbiyyat sevərlərin dəyər verəcəyi bir seriya.” B&N
“Oxuduğum ən yaxşı və ən maraqlı fantastik ədəbiyyat seriyalarından biridir. Sapkowski heç kimə bənzəməyən bir yaradıcıdır.” Nerds of a Feather
“Sapkowskinin romanı mürəkkəb bir sehr kimidir; fantastik elementlər, intellektual diskurs və incə yumorun qarışığıdır.” Time
“Artıq köhnəlmiş bir janra yeni nəfəs. Qaçırmayın!” Dreamwatch
“Sapkowskinin möhtəşəm üslubu, sensasiyalı hadisələr və təsirli atmosfer yaratmaq bacarığı onu bənzərsiz edir.” Polityka
“Sapkowski maraqlı və qeyri-adi dərəcədə dərin xarakterlər yaratmaqda ustadır. ‘Son Arzu’ melankoli və yumorla dolu bir romandır.” The Wertzone
“Polşalı yazar Andrzej Sapkowskinin xarakter mərkəzli əsəri öz janrında ən öndə gələn romanlardan biridir.” The Specusphere
“Tanınmış nağılların bu cür fərqli şəkildə izah edilməsi çox sevindiricidir. ‘Son Arzu’ əslində bir nağıl kimidir.” SFX
“Şərqi Avropa folkloru və əfsanələri gözəl şahzadələr və sərt iblislərlə birlikdə. ‘Son Arzu’da heç nə göründüyü kimi deyil. Oxumağa başladıqdan sonra əl çəkə bilməyəcəksiniz.” Waterstones

Andrzej Sapkowski "The Witcher 1 - Son Dilək" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz