Tarixin ən qədim dövrlərindən 21-ci əsrə qədər varlığını sürdürən Türkləri anlamağın yolu Türk boylarını keçmişdən günümüzə araşdırmaqdır. Sibiriyanın Altay Dağlarında gördüyümüz bir boya daha sonra Tanrı Dağlarında və ya Anadoluda rast gələ bilərsiniz. Macarıstan düzənliklərində yaşayan Türk mənşəli bir boyun kökünü Monqolustanda və ya Hindistan, yaxud Misirdə tapa bilərsiniz. Bunlar, Türklərin coğrafiya və zamanla məhdudlaşmayan tarixinə dair ən önəmli nümunələrdir.
Tarix boyunca bir çox qitəyə yayılan Türklər çox müxtəlif fəlakətlərə məruz qalmalarına baxmayaraq dağılmamış, tarix səhnəsindən yox olmamışlar. Bir çox fərqli səbəbdən dolayı bölünərək başqa coğrafiyalara köç etdikləri də görülmüşdür. Bütün bu dağınıqlığa baxmayaraq mədəniyyətlərini itirməmiş, sivilizasiyalarını davam etdirməyi bacarmışlar.
Şərhlər 0
Şərh Yaz