Emek Üşenmez "Yeni Özbək Ədəbiyyatı" PDF
- Müəllif:
-
Dil:
- Janr: Ədəbiyyat
- Baxılıb: 168
- Yükləndi:
- Yükləyən:
Əlinizdəki bu kitab, bir giriş və beş bölmədən ibarətdir. Giriş hissəsində Özbəklər, müstəqil Özbəkistan Respublikasının qurulması, Özbək bayrağı, milli marşı, dövlət rəmzi, keçmişdən bu günə Özbəkistan və Özbəkistandakı tarixi-mədəni vəziyyət və xronologiyası haqqında danışılır.
Birinci bölmə Özbək Ədəbiyyatının tarixi, müasir Özbək ədəbiyyatının yaranması-quruluş mərhələləri ilə əlaqədardır. Xüsusilə 1930-cu illərdən sonra başlanan Müasir Özbək və ya Yeni Özbək Ədəbiyyatı ətraflı şəkildə yazıçı-şair və onların müasir Özbək ədəbiyyatına töhfələri şəklində işıqlandırılıb.
İkinci bölmədə seçmə mətnlərə yer verilib. Şeir, qissə-hekayə, roman və s. müxtəlif janrda yazılar, Latın-Kiril, Latın, Kiril kimi fərqli şəkillərdə kitaba daxil edilib. Yazılarda Türkcə qarşılıq və ifadələrdən məqsədli olaraq qaçılıb.
Üçüncü Bölmədə müasir Özbək Ədəbiyyatından seçilmiş bəzi romanlardan parçalar Özbək Türkcəsi və ya Türkiyə Türkcəsi ilə verilib. Dördüncü və son bölmədə isə oxuculara rahatlıq yaratmaq məqsədi ilə qısa bir Lüğət hissəsinə yer ayrılıb.
Özbək ədəbiyyatının arxa plandakı formalaşma dövrünü tarixi proses içində nəzərdən keçirməsi olduqca önəmlidir. Həmçinin müəllifin şeir-hekayə-roman-teatr gedişatını əsərlər və yazıçılara görə təsnif etməsi oxucuya təsnifləmə rahatlığı təmin edir. Bəzi roman-teatr və qissə-hekayə xülasələri təhlillər baxımından düzgün olmuşdur. Müasir Özbək şeiri yaranışından günümüzə qədər nümunələr və geniş izahla ələ alınıb.
Şərhlər 0
Şərh Yaz