Məhəmməd Hirada bir yuxu gördü. Dağdan endi və bir daha oraya qayıtmadı. Ancaq gördüyü yuxunun ardınca getməkdən heç vaxt əl çəkmədi. Məhəmməd və dostlarının yuxuya verdikləri yozum, təbir və şərh, cəmiyyətdə kök salmış kəhanətin - peyğəmbər gözləntisinin - özünü gerçəkləşdirən vasitəsi oldu. Bir yuxunun ardından bir din və əsrlərə iz buraxan bir mədəniyyət doğuldu. Tarix bir yuxu ilə istiqamət dəyişdi. Ərəblər bu yuxuya tabe olub dünyanı fəth etdi. Çoxsaylı dövlət və hökmranlıq Məhəmmədin yuxusuna sarılaraq varlıq və məşruiyyət qazandı. Bir çox cəmiyyət hələ də onun arxasınca getməyə davam edir. Halbuki sadəcə bir röya idi o. "Yuxu"nun o günkü dünyanın və şəraitin yaratdığı bir psixologiya ilə görülə biləcək və təsir oyada biləcək bir röya olduğu anlaşılmadan hekayə davam edəcək.
Şərhlər 0
Şərh Yaz