Bəla, getdiyiniz hər yerə arxanızca gəlirsə...
İtkin düşən gənc qızlar, dəhşətli oğlan dostları və heç gözləmədiyiniz anda qarşılaşa biləcəyiniz təhlükəli uçurumlarla lənətlənmiş Castle Cove qəsəbəsinə xoş gəlmisiniz!
Hazırda qəsəbənin gündəmində Alice Ogilvie var. Çünki ulduz basketbolçu sevgilisi Steve tərəfindən tərk ediləndən sonra arxasında tək bir iz belə buraxmadan yoxa çıxan Alice qəsəbəyə geri döndü. Amma heç kim haraya və niyə getdiyini bilmir.
Daha böyük xəbər isə Steve'in yeni qız dostu – və Alice'in 'keçmiş' ən yaxın rəfiqəsi – Brooke'un da yoxa çıxması oldu. Üstəlik o, geri dönəcək kimi də görünmür.
Bu cinayətin arxasındakı sirri həll etməyə qərarlı Alice'ə kömək edə biləcək iki şey var: Ona xüsusi dərs verməsi üçün tutulan məktəb yoldaşı Iris və cinayət romanlarının əfsanəvi adı, Agatha Christie.
Çox az insanın göründüyü kimi olduğu Castle Cove'da, Gənc Agathalar düşündüklərindən daha qaranlıq bir sirrlə üzləşə bilər.
Şərhlər 0
Şərh Yaz