Victor Lavalle "Qara Tomun Balladası" PDF
Şirli Cekson və BFA-nın Ən Yaxşı Novella Mükafatı Dəhşət ədəbiyyatının ustası H. P. Lavkraftın "Red Hukda Dəhşət" hekayəsinin yenidən yazılması olan Qara Tomun Balladası, idoluna heyranlığını dilə gətirən bir yazıçının tərifnaməsi olmaqla yanaşı, tənqidi bir yanaşmanı da əhatə edir. Başqa dünyaların qapıları "Ağ Amerikalı" olmayan insanlarla dolu küçələrə açılır. Yatan Kral oyanır.
Nyu York. 1924. Çarlz Tomas Tester evini dolandırmaq və xəstə atasına baxa bilmək üçün hiylə işlər görən iyirmi yaşında bir gəncdir. Əlində gitarası ilə küçələrdə, ağların arasında səssiz-səmirsiz gəzən qara dərili musiqiçidir. Amma çox mahnı bilmir, səsi gözəl deyil və gitaranı da yaxşı çaldığını demək olmaz. Başqalarına görə bir fırıldaqçıdır, amma özü etdiklərini bir "əyləncə" kimi görür, lakin əyləncənin də bir həddi var. Qorxunun onun gitarasının tellərinə dolaşacağı gün yaxınlaşır.
Sirli bir qadına qəribə şəkillərlə dolu bir kitabı çatdırma işini aldıqdan və Robert Suydam adlı varlı bir adamla qarşılaşıb onun qəribə kitabxanasını ziyarət etdikdən sonra həyatı alt-üst olmağa başlayır. Təhlükəli hadisələrə maraq göstərən polis məmuru Tomas F. Malonun da işə qarışması ilə birlikdə, Çarlz Tomas Tester və ya yeni adı ilə "Qara Tom", özünü qaranlığın qəlbində tapır.
Qara Tomun Balladası, gündəlik gerçəkliyi sorğuladan kosmik dəhşət hekayəsidir.
Şərhlər 0
Şərh Yaz