Sammie McCoy, nə istədiyini bilən bir gənc qız idi: İlk növbədə Milli Debat Turnirini qazanmaq. Sonra Nyu-Yorkda yaşamağa köçmək. İnsan Haqları sahəsində çalışan uğurlu bir advokata çevrilmək. Və son olaraq, əlbəttə ki, dəlicəsinə sevdiyi Stuart Shah ilə sevgili olmaq. Öz məqsədinə aparan yolda onun qarşısına çıxacaq hər hansı bir maneəyə yol verməzdi, xüsusilə də nadir rast gəlinən genetik bir xəstəliyin həyatına hakim olmasına heç vəchlə. Həkimlər yavaş-yavaş əvvəlcə yaddaşını, sonra da fiziki sağlamlığını itirəcəyini söyləmişdi, buna görə də planlarından əl çəkməli idi. Sammie tale qarşısında durmaq üçün bütün gücü ilə mübarizə aparmalı idi. Və bunu yeganə yolla etdi: yazaraq. Gələcəkdəki Samə yazdığı bu qeyri-adi günlüyə "Yaddaş Kitabı" adını vermişdi. Duyğusal və hisslər doğuran bir roman. Oxucunu uzun müddət təsiri altında saxlayacaq sarsıdıcı bir hekayə. Son sətirlərini oxuyub kitab rəfinə qoyduqda belə, o asanlıqla yadınızdan çıxmayacaq.
Şərhlər 0
Şərh Yaz