Tibb Tarixini Dəyişən 10 İnqilab və İnsanlığın İnanılmaz Kəşfləri
Mikroblar ilk dəfə necə kəşf edildi? Antibiotiklər, peyvəndlər, DNT, rentgen şüaları və digər inqilabi kəşflərin arxasında hansı hekayələr gizlənir? Bu kəşflərin sizin həyatınıza təsiri nədir?
Böyük kəşflər çox zaman şəxsi ağrılar, maraq və əzmkarlıq qədər gözlənilməz təsadüflər, talehin oyunu və yumor hissi kimi insani amillərdən qaynaqlanır. Bu gün sağlam həyatınızı davam etdirə bilirsinizsə, yəqin ki, bu kitabda haqqında danışılan möhtəşəm kəşflərdən birinə borclusunuz: Bəlkə peyvəndlər, bəlkə də antibiotiklər və ya rentgen şüaları sayəsində...
Böyük Kəşflər, tibb tarixini dəyişdirən 10 böyük inqilabı və onların dünya miqyasında yaratdığı dəyişiklikləri araşdırır. Bu inqilabların arxasındakı heyrətamiz hekayələri və bu qeyri-adi kəşfləri edən unudulmaz şəxsiyyətləri üzə çıxarır.
Bu kitab, insanlığın ortaq irsinə damğa vurmuş kəşflərlə bağlı ilham verici bir səyahətə çıxmağa hazır olan hər kəs üçün...
Şərhlər 0
Şərh Yaz