Maxime Chattam "İllüziya" PDF
Alplərdəki kiçik bir ailə biznesi olan Val Quarios xizək mərkəzi yay aylarında ziyarətçilər üçün qapılarını bağlayır. Mərkəzin tənha binalarında yalnız bir neçə mövsümi işçi qalır. Otuz yaşlarında olan Hüqo da son zamanlar yaşadığı çətinliklərdən uzaqlaşmaq və ruhunu yeniləmək arzusu ilə Alplərin ürəyindəki bu xizək mərkəzində iş üçün müraciət edir. Lakin gələn gündən başlayaraq qəribə hadisələr onun yaxasını buraxmır: daim izlənildiyini hiss edir, həqiqət olub-olmadığını ayırd edə bilmədiyi şeylər görür və eşidir, üstəlik, işçilərdən biri gözlənilmədən yoxa çıxır. Bundan əlavə, xizək mərkəzinin sahibinin 1970-ci illərdə karyerasının zirvəsində olan sirli bir illüziya ustası olduğunu öyrənir. Bu divarların arasında hansı sirlər gizlənir? Hüqo qorxuları və kabusları ilə üzləşmək istəsə də, öz ağlından şübhələnməyə başlayır. Ölümün bir yay mehiası kimi sakitcə dolaşdığı “kiçik və şirin” Val Quariosa xoş gəlmisiniz.
Şərhlər 1
Şərh Yaz