Bəzən bir cümlə həyatını xilas edə bilər.
Xüsusilə də gələcəkdən gəlirsə.
Üstəlik, öz xəttinlə yazılmışdırsa!
"Hər birimizin həyatında dünyamızı iki hissəyə ayıran, ondan sonra heç nəyin əvvəlki kimi qalmadığı bir an var. O an ilk baxışda önəmli görünə bilər. Amma əslində deyil. Önəmli olan, ondan əvvəl gələndir.
Mən ona Ayırıcı deyirəm – digər bütün hadisələri hərəkətə gətirən ilk domino daşı."
Möbius – adını sonsuzluq lentindən alır.
Bruklində gizli bir terrasda qurulmuş bir startap.
Təsisçiləri: hipster sahibkar Andy və sirli dahi fizik Rowan. Onlara görə icadları bütün dünyanı dəyişdirəcək inqilabi bir kəşfdir:
Müvəqqəti Deformasiyalar Portalı – qısaca, Zamanda Səyahət!
Öz gələcəyindən sənə, sənin öz xəttinlə göndərilmiş mesajlar.
Bu icadla mükəmməl bir karyera qura, gələcəkdəki ruh əkizinlə tanış ola bilərsən.
Dostların və düşmənlərinlə zamanın sərhədlərindən kənarda qarşılaşa, inanılmaz ipuclarının ardınca zaman piratlığına və ya gələcək oğurluğuna girişə bilərsən.
Amma ən vacibi – ən böyük səhvini düzəldə bilərsən.
Caleb, xəyallarında belə təsəvvür edə bilməyəcəyi bir həyata sahib idi –
Hər zaman arxasını söykəyə biləcəyi həyat yoldaşı Hannah, hər şeydən çox sevdiyi oğlu Seth, və texnologiya dünyasında möhtəşəm bir karyera…
Sonra isə qaçılmaz sürpriz baş verdi.
İndi o, bir çox ağ yaxalı üçün gizli bir qəhrəman olsa da, CEO-lar üçün xəyanətkar, investorlar üçün isə təhlükəli bir maneədir.
Son ümid yeri və mentoru Jim, ona Andy və Rowan-ın inanılmaz icadından bəhs etdikdə, Caleb artıq itirəcək heç nəyi olmayan bir adam idi.
Lakin indi o, itirdiyi hər şeyi geri qazanmaq şansına sahibdir.
Şərhlər 0
Şərh Yaz