Azərbaycancaaz
Mir.az » Kitablar » Cal Newport "Rəqəmsal Minimalizm" PDF

Cal Newport "Rəqəmsal Minimalizm" PDF

Cal Newport "Rəqəmsal Minimalizm" PDF
  • Reytinq: 4
  • Şərhlər: 0
Populyarlıq 75% 75%


Diqqət Çəkənlər

Ekran asılılığından və texnologiya yorğunluğundan qurtulmaq üçün bir yol xəritəsi

Bir zamanlar gözümüzü hər dəqiqə telefona yönəltmədən dostlarımızla saatlarla söhbət edə bilirdik. Özümüzü cəlbedici bir kitaba, valehedici bir gün batımına və ya bir hobbiyə tamamilə qapdırdığımız vaxtlar olub. Hətta ləzzətli bir yeməkdən, gözəl bir andan və ya konsertdən zövq almaq üçün onu sosial mediada paylaşmağa ehtiyac duymurduq. Ən əsası isə, bir zamanlar düşüncələrimizlə baş-başa qala biləcəyimiz uzun saatlarımız vardı və bundan heç kim narahat olmurdu.

Bu gün isə fərqli ölçülərdəki ekranlar və 24/7 internet bağlantısı olmadan yaşaya bilməyən bir cəmiyyətə çevrilmişik. Ağıllı telefonlarımız ən şəxsi anlarımızda belə yanımızdadır. Üstəlik, bir zamanlar bizim sahib olduğumuz həqiqi həyat hissini heç vaxt yaşamayan, diqqətini cəmləmə və empati qurma qabiliyyətini sürətlə itirən yeni bir nəsil ekranlarımızın qarşısında yetişir.

Bəs necə oldu ki, bu hala düşdük? Daha da önəmlisi, bu zərərli vərdişlərdən necə və haradan qurtula bilərik?

"Pürdikkat" kitabı ilə dünya miqyasında tanınan Cal Newport, bu kitabda diqqətimizi istismar edən rəqəmsal burulğana necə sürükləndiyimizi izah edir. Bu tələdən çıxış yolunu göstərən Newport, “rəqəmsal minimalizm” adlandırdığı xüsusi bir texnologiya istifadə fəlsəfəsini təqdim edir.

Cal Newport-a görə, rəqəmsal texnologiyaların faydalarını inkar etməyə ehtiyac yoxdur. Əsas məsələ, hansı vasitədən nə zaman və hansı məqsədlə istifadə edəcəyimizi müəyyənləşdirərək lazımsız hər şeydən uzaq durmaqdır. Bunun üçün o, ilk növbədə “rəqəmsal təmizlik” adlandırdığı 30 günlük yenilənmə prosesindən keçməyi tövsiyə edir və rəqəmsal minimalistlərin istifadə etdiyi tətbiqlər və analog həyat tərzindən nümunələr gətirir.

Rəqəmsal minimalizm, texnologiya bolluğunda itirdiyimiz dəyərləri geri qaytararaq daha mənalı bir həyat qurmaqla bağlı bir fəlsəfədir. Bizi ekran asılılığı ilə üzləşməyə çağıran Cal Newport-un bu çağırışına qulaq asmağın indi tam zamanıdır.

Cal Newport "Rəqəmsal Minimalizm" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz