Sirli bir kainatda yaşamaq hər zaman insanları həyəcanlandırmış və insanlar kainatın yaranmasını daim maraqla öyrənməyə çalışmışdır. Bu maraq qarşısında kainat haqqında düşünmək bütün elm adamları üçün qaçılmaz bir vəzifə olmuşdur. Bütün canlılar kainatda qısa bir zaman dilimi ərzində mövcuddur. Biz insanlar da bu zaman dilimi çərçivəsində kainata aid hadisələrin yalnız kiçik bir hissəsini kəşf edə bilirik. Kainat sadəcə boşluq, maddələr, qanunlar və hadisələrdən ibarət bir bütöv deyil, eyni zamanda elmi əsaslara söykənən, çoxparametrli və mürəkkəb əlaqələr sistemidir. Bundan əlavə, insan kainat və öz varlığı haqqında düzgün izah tapmağa ehtiyac duyur.
Bu tədqiqatda düşüncə tarixinin əsas problemlərindən biri olan kainatın nə olduğu, insan-kainat münasibətləri, insanın bu kainatdakı yeri və problemləri, qədim dövrlərdən müasir dövrə qədər irəli sürülən doğru, faydalı və əhəmiyyətli fikirlərlə yanaşı, bəzi ideyaların yenidən şərh edilməsi və tənqid olunmalı tərəfləri də daxil olmaqla, bir çox filosofun bu mövzuda irəli sürdüyü fərqli fikirlər və şərhlər araşdırılmışdır.
Kainat fəlsəfənin metafizika sahəsi ilə izah edilsə də, təcrübə və müşahidələrlə dərk edilir.
Şərhlər 0
Şərh Yaz