Atası öldükdə, Rena həyatda təkbaşına qaldı və indiyə qədər özünü aid hiss etdiyi kilsə evindən ayrılmağa məcbur oldu. Onun nə gedəcək bir yeri, nə də pulu var idi. Hara, kimə, nəyə sığınacaqdı?
Grange yaxınlığında ucalan böyük taxta xaç onun üçün bir növ sığınacaq oldu. Orada, torpağın arasında qarışmış üç qızıl sikkə tapdı və onları Lansdeyl Kontuna təhvil verdi. Beləliklə, Rena ilə Kont arasında, qızın qısa həyatı boyunca heç vaxt hiss etmədiyi, insanın içini isidən bir dostluq başladı.
Amma bu xoşbəxtlik uzun sürmədi. Çünki son dərəcə varlı bir adam olan cənab Vinqeyt Kontu öz qızı ilə evlənməyə məcbur etməyə çalışırdı. Vinqeytdə qəribə, uğursuz bir şey vardı və ona qəribə şəkildə bənzəyən başqa bir sirli adam da xəbərsizcə gəlib-gedirdi.
Nəticədə biri öləcək, digərinin isə ürəyi pis şəkildə qırılacaqdı...
Şərhlər 0
Şərh Yaz