Azərbaycancaaz
Mir.az » Kitablar » Esra Erol "Qara Duvaq" PDF

Esra Erol "Qara Duvaq" PDF

Esra Erol "Qara Duvaq" PDF
  • Reytinq: 7
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Bu kitabın səhifələrində 15 gənc qadının – hətta bəzilərinin hələ uşaq yaşda olduğu qızların hekayələri var.

Ailələrinin göz bəbəyi, incə bir fidan kimi böyüdülmüş, lakin ən geci 18 yaşında gəlin edilən bu qızların qadınlığa məcburi keçid hekayələri ürəkləri dağlayır. Onların yaşadıqları nə bir təsəvvür, nə də bir ədəbi süjetdir – bunlar acı reallıqlardır.

Bəziləri "sevgi" naminə ailələrini qarşılarına alıb qaçan qızlar...
Bəziləri ailələri tərəfindən "artıq vaxtıdır, namus yükünü biz daşımayaq" düşüncəsi ilə erkən nikaha məcbur edilən qızlar…
Bəziləri isə təcavüzkarlarına "namus" adı altında təslim edilən körpələr...

Esra Erol Qara Duvak adlı bu ilk kitabında o "kiçik qadınlarla" söhbət edir, onların həqiqi həyat hekayələrini bizə çatdırır. Türkiyənin müxtəlif bölgələrindən gələn bu qadınların yaşadıqları, onların qəlbimizə toxunan gerçəkləri oxucunu sarsıdır.

Esra Erol deyir ki:
*"Əgər bu kitabı əlinə alıb oxuyursansa, sənə səslənirəm: bəlkə də həyatının dönüş nöqtəsi elə bu gündür. Bu kitabı oxuduqdan sonra həyatını dəyişdirə bilərsən. Gənc bacım, ailənin, cəmiyyətin, məhəllənin basqısını bir kənara qoyub öz həyatın üçün doğru qərarlar verməyin zamanıdır – çünki sabah bu ağrıları yaşadığında yanında heç kim olmaya bilər. Ona görə də evlilik qərarını vermədən öncə yaxşı düşün!
Ailə böyüyüm, sənin qızın da bu ağrıları çəkə bilərdi. Onu gənc yaşda ərə vermək istədiyinə əminsənmi?..

Çarəsiz, ümid­siz və sabahsız qalmayın."*

Esra Erol "Qara Duvaq" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz