Carissa Broadbent "Küllər və Ulduzların Lənətlədiyi Kral" PDF
- Müəllif:
-
Dil:
- Janr: Roman | Fantastika
- Baxılıb: 1 043
- Yükləndi:
- Yükləyən:
GECƏDOĞAN DUETİ 2
Kejari-dən sonra Oraya bir zamanlar həqiqət bildiyi hər şeyin yox olduğunu görmüşdü. Öz krallığında bir məhbus kimi yaşayır, sahib olduğu tək ailənin yasını tutur və dağıdıcı bir xəyanətin şokunu atlatmağa çalışırdı. Artıq öz qanına dair həqiqətləri belə bilmirdi. Amma bir şeyə əmin idi: Heç kimə güvənə bilməzdi, xüsusilə də Raihnə...
Gecə Evi düşmənlərlə əhatə olunmuşdu. Raihnin öz zadəganları bir zamanlar kölə olan çevrilmiş kralı qəbul etməyə hazır deyildilər. Qan Evi isə krallığı içəridən parçalamaq üçün caynaqlarını ona keçirirdi.
Raihn Orayaya gizli bir ittifaq təklifi ilə gəlmişdi. Orayanın krallığını geri qaytarması və ona xəyanət edən sevgilisindən intiqam alması üçün tək yol bu razılaşmanı qəbul etmək idi. Lakin bunu bacarmaq üçün atasının ən böyük sirləri ilə bağlı olan dağıdıcı və qədim bir gücdən istifadə etməli olacaqdı.
Heç nə göründüyü kimi deyildi, üstəlik, düşmənlər hər tərəfdən yaxınlaşırdı. Oraya keçmişinin sirlərini açıb gələcəyi ilə üzləşərkən çətin bir seçim etməli olacaqdı. Hakimiyyəti ələ keçirmək üçün qan tökməyi seçəcəkdimi, yoxsa hər şeyi külə çevirən eşqin onu məhv etməsinə icazə verəcəkdi?
Şərhlər 0
Şərh Yaz