Adam Przeworski "Demokratiyanın Böhranları" PDF
- Müəllif:
-
Dil:
- Janr: Araşdırma | Sosiologiya
- Baxılıb: 272
- Yükləndi:
- Yükləyən:
Nələrsə baş verir. Qərbin köklü demokratiyalarında “müəyyən olunmuş düzənə”, “sistemə”, “elitalara” qarşı yönəlmiş “populist” hisslər getdikcə güclənir. Demək olar ki, yüz il boyunca eyni partiyaların demokratik siyasətə hakim olduğu dövrdən sonra, ənənəvi partiyalara olan dəstək sürətlə azalır, sağda və solda yeni partiyalar göbələk kimi artır. Bir çox ölkədə seçkilərə qatılım tarixin ən aşağı səviyyəsinə düşdüyü halda, siyasətçilərə, partiyalara, parlamentlərə və hökumətlərə olan inam sarsılır. “Tək adam”lar yenidən səhnəyə çıxır. Müxtəlif siyasi baxışlara, dəyərlərə və mədəniyyətlərə sahib insanlar bir-birini düşmən kimi görməyə başlayır. Üstəlik, bir-birlərinə pislik etməyə hazırdırlar.
Bəs demokratiya həqiqətən böhrandadırmı? Bir dövrün sonuna şahidlik edirikmi? Adam Przeworski bu kitabında köklü demokratiyaların hazırkı siyasi mənzərəsini çarpıcı bir şəkildə təsvir edir. Weimar Almaniyasından Çiliyə və Fransaya qədər XX əsrdə əldə edilən mühüm təcrübələr işığında, bu gün avtoritar rejimlərin astanasında dayanan Venesuela, Polşa, Macarıstan və Türkiyə kimi ölkələrin yaşadığı çıxılmaz vəziyyətləri araşdırır. Demokratiya anlayışının və onun müasir görünüşlərinin daxili ziddiyyətlərini və üstünlüklərini ortaya qoyaraq, demokratiyanın bir münaqişə idarəetmə forması kimi necə işlədiyini və gələcəyini dəyərləndirir.
Texniki detallar içində boğulmadan yazılmış bu kitab, təkcə sosial elmlərlə məşğul olan mütəxəssislərə deyil, eləcə də bu gün demokratiyanın gələcəyindən narahat olan hər kəsə xitab edir.
Şərhlər 0
Şərh Yaz