Büşra Nur "ÖlümPortreti " PDF
ÖlümPortreti Kitab Haqqında
"Mən dayaz dənizləri bilmərəm, boğulmayacağım sulara dalmaram. Sinəni yandırmırsa sevgini eşqdən saymaram."
"Onunla eyni masada oturardıq. Eyni süfrədə yemək yeyərdik. Eyni evdə gəzərdik. Eyni şəhərdə, eyni məhəllədə yaşayardıq. Ancaq heç vaxt eyni dünyaya aid ola bilməmişdik.
Qarşısına oturub baxışlarımı üzərində həyasızca gəzdirdiyimdə belə gözləri gözlərimə dəyməzdi. Sanki içində boğulacağım o mavi gözlərinə bir dəfə də baxsam itəcəkmişəm kimi qaçırardı məndən.
Yenə də onu sevərdim. Hər şeyə baxmayaraq.
Çünki qəlbimdəki qara dəliyin içində yox olduğunu hiss etmədiyim tək duyğu bu idi. Atlas Katrivasa duyduğum çəkim mənə yaşadığımı və hələ də var olduğumu hiss etdirərdi.
Mən onun açdığı yaraya belə sadiq idim. Sinəmdə hiss etdiyim qəzəbə, onun üçün aldığım nəfəsə, qəlbimə sığmayan nifrətə belə möhkəm bağlı idim.
O isə... Atlas idi."
"İndi sən arxandakı qələbəliyə aldanırsan. Biz ikimiz, o qələbəliyin içində təktənha qaldıq, qəbul etmirsən. Gün keçdikcə azalır ürəyin, fərq etmirsən. İnsana tənhalıq da öyrədilir sevgilim, sən acını heç tanımırsan."
Şərhlər 0
Şərh Yaz