Burçin Sarıdoğan "Kəpənək Çiçəkləri - Vurğun" PDF
- Müəllif:
-
Dil:
- Janr: Roman
- Baxılıb: 2 555
- Yükləndi:
- Yükləyən:
Nare Mihmallı, bir çox şeydən məhrum qalan və atasının təzyiqi altında böyüyən gənc bir qızdır. Atasının göz bəbəyi kimi bilinsə də, anasından gördüyü sevgi çatışmır. Ailəsindən gizli çalışdığı dərnək üzvləri ilə birlikdə Karamusdakı kənd məktəblərinə yardıma gedərkən bir qrup terrorçu tərəfindən qaçırılır və günlərlə əsir qalırlar. Terrorçuların içinə sızmış bir əsgər, ona xilas olunacaqlarını deyir, amma Nare bu sözlərə tam olaraq inanmır.
Bir hadisə nəticəsində əsgər olduğunu deyən bu casusa qarşı duyduğu güvən tamamilə sarsılır və beləliklə öz başının çarəsinə baxmağa qərar verir. Özünü və əsir düşən digər mülki şəxsləri xilas etmək üçün bir yol tapır, amma bu yola girdikdə, bir uçurum kənarında özünün ən yad halı ilə tanış olur.
O şəxs o qədər yad biridir ki, qayalığa söykənərək gülümsəyən halda nəfəs alır və üstəlik bədənində sınmamış bir sümük belə qalmamışkən onu tapan buz mavisi gözlərin sahibi Yüzbaşı Vural Emir, ona daha tanış gəlir.
“Zəifliklərin insanların sərt tərəfləri olduğunu deyirlər. ‘İnsan zəiflikləri qədər gücsüzdür,’ deyirlər. İnsan zəiflikləri ilə vurular, zəiflikləri ilə yaşayar. Əgər bu dünyada ən böyük zəifliyin vətənindirsə, səni ilk ordan qanadacaqlar. Bu dünyadakı ən böyük zəifliyinin nə olduğunu heç düşündünmü? Bu dünyadakı ən böyük zəifliyini birinə etiraf etdikdə nə olacağını heç düşündünmü? Bir insana zəifliklərini göstərmək, dolu bir silahı onun əlinə verib tətik çəkməməsi üçün yalvarmaqdan fərqsizdir.”
Şərhlər 0
Şərh Yaz