Azərbaycancaaz
Mir.az » Kitablar » Judith Butler "Antiqonanın İddiası" PDF

Judith Butler "Antiqonanın İddiası" PDF

Judith Butler "Antiqonanın İddiası" PDF
  • Reytinq: 1
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Antiqonanın günahı, kral dayısı Kreonun qadağasına baxmayaraq, qardaşının cəsədini dəfn etməkdir. Kreonun hüzuruna çıxdıqda, öz günahını inkar etməyi rədd edir və əməlini müdafiə edir. Antiqona qadağan olunmuş bir matəm saxlayır. Buna görə də, üsyanı onu ölümə aparan bir xarakter kimi həmişə mübahisə mövzusu olub.

Feminist müzakirələrin ən önəmli adlarından biri olan Cudit Batler bu kitabında "Antiqona müəyyən bir feminist siyasətin təmsilçisinə çevrilə bilərmi?" sualını araşdırır. Batlerə görə, Antiqona təmsil və təmsil oluna bilmənin, ailə və dövlətin, həyat və ölümün sərhədində dayanan bir obrazdır – normalara meydan oxuyan bir xarakterdir. Bu xüsusiyyəti ilə qanuna üsyanın simvoluna çevrilmişdir. Antiqona risklərlə dolu bir obrazdır; mədəni qavranıla bilmə sahəsinin sərhədlərini zorlayır. Bəs, bütün bu xüsusiyyətləri ilə Antiqona meydan oxuduğu sistemlərin dəyişməsində rol oynaya bilərmi? Bunun üçün Antiqona vasitəsilə sevgilərimizin, itkilərimizin qanuni və tanınan olmasını müəyyən edən qavranılma sərhədlərini yenidən düşünməliyik.

Bu baxımdan "Antiqonanın İddiası" əsərində Batlerin irəli sürdüyü əsas sual budur: Əgər psixoanaliz Edipin yerinə Antiqonanı başlanğıc nöqtəsi kimi qəbul etsəydi, nələr fərqli olardı? Qanun tərəfindən müəyyən edilən legitimlik sərhədlərini yenidən düşünməyimiz üçün...

Judith Butler "Antiqonanın İddiası" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz