Mardinin sonsuz torpaqlarında yara kimi qanayan bir məhəbbətin hekayəsi...
Ayaz Beyzadə; Mardinin ən böyük aşirətinə və gücünə sahib idi. Sahib olduğu və ola biləcəyi bu qədər şeyə baxmayaraq, əli belə toxunmamalı olduğu şeyi istəyirdi... Ona bir nəfəs qədər yaxın, amma bir ömür qədər uzaq idi. Bu məhəbbətin onunla birlikdə ətrafındakı hər kəsi yandıracağını bilirdi, amma artıq yanmağa hazır idi. Alovlar arasında qalıb külündə boğulmağa belə razı idi.
Kader; hələ kiçik yaşlarında qaçaraq döyüşməyi öyrənmişdi. Hər dəfə daha çox yorulacağını və uduzacağını bilə-bilə onunla döyüşmək... Qəlbindəki qorxu Ayaz ilə hər gün böyüyərkən, o, heç gözləmədiyi bir anda ona möhtac qalmışdı. Amma bir gün qorxularının Ayazın məhəbbəti ilə yox olacağını haradan bilərdi ki?
Qarşılıqsız bir məhəbbəti gözləmək həm Ayaz, həm də Kader üçün çox çətin idi. İllər Ayaz ağaya susduqca daha çox əziyyət çəkməyi öyrədərkən, Kaderə isə bu əziyyətin bədəlini çəkməyi öyrətmişdi.
"Mən yanmağa hazıram, sevgilim, bəs sən? Sən də mənimlə yanacaqsan?"
Şərhlər 0
Şərh Yaz