"Onun ölməsinə icazə verdin..."
Kristin Ştaynmayer əvvəlcə Milad gecəsi poçt qutusunda tapdığı qəribə məktubun səhvən ona göndərildiyini düşünür. Amma radio proqramında aparıcılıq edərkən bir kişi onu zəng vurub “Onun ölməsinə icazə verdin…” deyəndə, vəziyyətin daha ciddi olduğunu anlayır. Qısa müddət ərzində Kristin sanki həyatının nəzarəti əlindən alınmış kimi qəribə hadisələr yaşamaya başlayır və bütün dayaqları bir-birinin ardınca dağılıb gedir. Ta ki qorxu bütün həyatını əsir alana qədər.
Bu vaxt müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılan Başkomissar Martin Servaz içində otel otağının açarı olan imzasız bir məktub alır. Həmin otaqda bir il əvvəl gənc bir qadın rəssam özünə qəsd etmişdi. Kimsə Servazın yenidən işə qayıtmasını istəyirdi… O isə nə hierarxiyanı, nə də komanda yoldaşlarının fikirlərini nəzərə almadan bu izlərin ardınca gedir.
Bəs ya ən yaxın bildiklərimiz əslində göründükləri kimi deyilsə? Ya zülmətə qərq olmuş bəzi sirrlər unudulmaq istəmirsə? Sakın işığı söndürməyin, ya da ən pisinə hazır olun…
“Buz” və “Çəmbər” romanlarının böyük uğurundan sonra Bernard Minier bu dəfə də ən şəxsi kabuslarımızı, qorxularımızı və obsesiyalarımızı izləyərək manipulyasiya və zorakılıq üzərində qurulmuş dəhşətli bir gerilim romanına imza atır.
Tənqidçilərdən rəylər:
"Bernard Minier gerilim janrının dinamiklərini mükəmməl mənimsəyib – maraqlı qəhrəmanlar, boğucu bir atmosfer və ağlasığmaz manipulyasiyalarla dolu şeytani bir roman."
— Livres Hebdo
"Oxucuya qurbanın hisslərini yaşadan, həm vizual, həm də musiqi ilə zəngin bir roman."
— France Info
"Son səhifəyə qədər işığı söndürə bilməyəcəksiniz!"
— Version Femina
"Nə olacağını əvvəlcədən təxmin edə bilməyəcəksiniz, amma öyrənmədən də rahatlıq tapa bilməyəcəksiniz."
— ELLE
"Ustadlıqla qurulmuş psixoloji bir pişik-siçan oyunu."
— Buch Magazin
"Minier gərginliyi bir an belə azaltmadan, dalğalarla oxucunun üzərinə göndərir. 'İşığı Söndürmə' ilin ən güclü psixoloji gerilim romanlarından biridir."
— Boston Globe
"Minier yenə oxucunun tüklərini ürpədən istedadını nümayiş etdirir."
— Publishers Weekly
"Fonunda dəhşətli bir operanın davam etdiyi, sürprizlərlə dolu və oxucunu daim ayaqda saxlayan bir roman."
— Booklist
"Bernard Minier ağıllı şəkildə qurulmuş bir sui-qəsd və yüksək səviyyəli təhdidlə oxucunu ilk səhifədən ələ keçirir."
— Kirkus Reviews
"Mükəmməl bir gerilim romanı necə olmalıdırsa, bu da elə odur: qorxulu, dərin və sürprizlərlə dolu!"
— Lesen und Hören
"Minier, həyatının nəzarətini itirmiş bir qadını, keçmişin kabusları ilə üzləşən bir başkomissarı və amansız bir təcavüzçünü bir araya gətirərək ürküdücü bir roman yazıb."
— Vianaturale
Şərhlər 0
Şərh Yaz