"Hər kəsin ümidləri vardı və ümidsizlikləri, hər kəsin imkanları vardı və imkansızlıqları.
Həyat daim iki uclu idi, bayramların konfetiləri və vidaların külü arasında reallıq gedib-gəlirdi."
Derin Mavi Sezer, ən yaxın dostu Baranın itdiyi gün yanında görülən son şəxs idi. Bu itki Derinin və dostlarının həyatını əsasından sarsıtdığı kimi, həyatlarına daxil olan bir yad adam bütün daşları yerindən oynadacaq. Baranın itməsi uşaqlıq dostları Derin, Dünya, Berfu və Barana tamamilə yad olan Aziz Atanı da bu hadisənin içinə cəlb edərək bir tapmacaya çevirəcək və ortaya çıxacaq həqiqət, hamının inandığından çox fərqli olacaq. Heç kim bütün bu baş verənlərin köhnə bir foto çərçivəsinə bağlanacağını təxmin belə edə bilməyəcək.
Çünki "harp" (müharibə) və "harap" (viran) sözlərinin arasında sadəcə bir hərf var.
Bax, müharibə və bərbad olmaq bir-birinə bu qədər yaxındır...
Şərhlər 0
Şərh Yaz