Stacia Stark "Zalım və Gözəl Bir Saray" PDF
- Müəllif:
-
Dil:
- Janr: Roman | Fantastika | Gənclik
- Baxılıb: 565
- Yükləndi:
- Yükləyən:
İLLƏR BOYU, HƏR NƏ VAXT YUXUYA GEDƏRKƏN, ALVAN YAŞIL GÖZLƏRİ VƏ QƏDDAR TƏBƏSSÜMÜ İLƏ O ADAMI YUXULARIMDA GÖRÜRDÜM.
Və onunla tanış olduğum gün, bu mərhəmətsiz muzdlu məni ölümə tərk etdi. İnsanlar anadan olduqdan cəmi bir neçə saat sonra, tanrılar sahib olduğumuz azacıq gücü bizdən alır, əvəzində sərhədlərimizi qəddar və mərhəmətsiz Feylərdən qoruyurdular. Gücünü əlində saxlaya bilən insanlar pozğunlar kimi tanınırdı. Və pozğunlar yandırılaraq cəzalandırılırdı.
Gücüm aydın olduqda kiçik kəndimdən və sevdiyim həyatımda qaçmalı oldum. Sağ qalmaq üçün məni ən zəif anımda tərk edən muzdlu ilə razılaşma bağlamaqdan başqa yolum yox idi. Razılaşmamız çox sadə idi: Mən onun və sirli dostlarının şəhərə gizlicə daxil olmasına kömək edəcəkdim, o da mənə həmişə gizli saxladığım qəribə, qaranlıq gücü necə istifadə edəcəyimi öyrədəcəkdi. Sağ qalmağımın açarı ola biləcək o güc... Lakin mərhəmətsiz muzdlu da gizlətdiyi sirlərə sahib idi. Sevdiyim hər kəsin téhlukəsizliyini téhdid edən sirlər. Bu krallığı - bəlkə də bu dünyanı yerlə bir edə biləcək sirlər.
Şərhlər 0
Şərh Yaz