Nəcmiyə Alpay, müxtəlif jurnallarda dərc olunan dil mövzusundakı yazıları və xüsusilə ədəbi tədqiqatları ilə son illərdə Türkiyədə ən çox diqqət çəkən tənqidçilərdən biri olub.
Çeşidli tərcümə əsərlərdə də imzasını gördüyümüz Nəcmiyə Alpayın dil tənqidləri daha əvvəl “Türkcə Problemləri Bələdçisi” və “Dilimiz, Dillərimiz” adlı kitablarında toplanmışdı. Lakin Alpayın qələmə aldığı və bəlkə son on ildə Türkiyədə nəşr olunmuş ən vacib ədəbi tədqiqatlar bu gün bəzilərini köhnə kitab dükanlarında tapmaqda belə çətinlik çəkəcəyimiz jurnalların səhifələrində qalmışdı. “Yanaşma Cəhdi” məhz bu mətnləri bir araya gətirir.
Alpay “Yanaşma Cəhdi”ndə müasir türkcə ədəbiyyatın ən vacib, ən mürəkkəb mətnlərini təhlil edir. “Yanaşma Cəhdi”, bir ədəbi mətnə necə yanaşmaq lazım olduğunu izah edən, hər bir ədəbiyyatsevərin, hər bir ədəbiyyat tələbəsinin diqqətini çəkə biləcək bir giriş kitabı kimi də oxuna bilər.
Şərhlər 0
Şərh Yaz