"Görəsən, heyvanlar insan zəkasına sahib olsaydılar
nə olardı?"
"Hansı heyvanı seçirsənsə seç, insanlardan daha
bədbəxt olardı."
İki qardaş Tanrı; Apollon və Hermes bir axşam, insan zəkası verilsə, heyvanların xoşbəxt olub-olmayacağı barədə söhbət edirlər. Bu söhbət mərcə çevrilir. Əgər heyvanlar bədbəxt olarsa, Apollon; içlərindən biri belə xoşbəxt olarsa, Hermes qalib gələcəkdir. Uduzan tərəf, qalibə bir dünya ili boyunca köləlik edəcək.
Torontoda baytara buraxılmış on beş it, məhz bu səbəbdən bir gecədə insan zəkasına sahib olur. Rəngləri görmə tərzlərindən danışmalarına qədər dünyaya dair bütün qavrayışları dəyişir. Bu gözlənilməz inkişafdan çaşqın hala düşən itlər iki qrupa bölünür: Yeni xüsusiyyətlərinə uyğunlaşanlar və dəyişiklikə qarşı çıxıb köhnə it ənənələrini davam etdirmək istəyənlər.
Bəzi itlər bir-birinə vəhşicəsinə hücum edəcək, bəziləri şeirə yönələcək, bəziləri də sahibləri ilə yaxın münasibətlər quracaq.
André Alexis, insan şüurunun gözəlliklərini və təhlükələrini alleqorik bir təqdimatla təsvir edir. On Beş İt və Bir Mərc, oxucunu başlanğıcdan sona duyğudan duyğuya sürükləyəcək müasir bir fabl xarakterindədir.
Şərhlər 0
Şərh Yaz