Həqiqətlər bir güllədən daha ağırdırsa və qadınsan, əllərinə xına yerinə qan yandırılan torpaqlarda azadlığın qiyməti neçə ömürdür?
Sevgi dolu bir həyat yoldaşı, səbirli bir ana və yaxşı bir qonşu... Demək olar ki, iyirmi il boyunca Zebanı təsvir edən sözlər bunlar idi, ta ki əri Kamal evlərinin həyətində başından balta ilə tapılana qədər. Uşaqları analarının qatil ola biləcəyinə heç vaxt inanmasalar da, Zeba günahsızlığını sübut etmək üçün bir söz belə demədikdə, Kamalın ailəsi ədalətin yerini tapmasını istəyir. Əfqanıstanda belə bir cinayətin cəzası isə edamdır.
Həbs olunub həbsxanaya göndərilən Zeba, məhkəmə gününü gözləyərkən oradakı qadınlarla güclü dostluqlar qurur. Hər birinin bu uğursuz yerə gəlməsinə səbəb olan fərqli hekayələri var. Nafisa namus cinayətinə qurban getməmək üçün, Latifa bacısı ilə azad bir həyat qurmaq istəyərkən tutulduğu üçün, on doqquz yaşlı Mezhgan isə sevgilisinin uşağını daşıdığı üçün həbs olunub. Chil Mahtab zamanla bu qadınlar üçün bir həbsxanadan çox, çöldəki dünyanın amansızlığından qaça bildikləri bir sığınacaq olur.
Digər tərəfdən, Zebanı müdafiə edən insan haqları fəalı, əfqan əsilli amerikalı vəkil Yusuf, zamanın həm Zebanı həm də özünü əleyhinə işlədiyinin fərqindədir. Üstəlik, o, ana vətəni Əfqanıstan kimi, Zebanında göründüyündən fərqli olduğundan şübhələnməyə başlayır. Müvəkkili həqiqətən soyuqqanlı bir qatil, yoxsa bu hekayədə əsl qurban odur?
“Qabığını Qıran İncinin” müəllifi Nadia Haşimidən yenə güclü qadınların baş rolda olduğu, qəlbinizin dərinliklərinə işləyəcək qeyri-adi bir mübarizə, dostluq və həmrəylik hekayəsi.
Şərhlər 0
Şərh Yaz