Nuh Albayrak "Dövləti məhv edən bölünmələr" PDF
DÖVLƏTİ YIXAN TƏFRİQƏLƏR
Osmanlının son dövrlərində, məşrutiyyət müzakirələri ilə birlikdə, padşaha/xəlifəyə qarşı güclənən "müxalifət" təəssüf ki, millətin mənafeyini əsas tutmurdu. Bu bədbəxtlər düşmənin "doğru"larını nəzərə alaraq, sultanın "səhv" etdiyini düşünürdülər. Bu isə, milləti məhvə aparacaq ən böyük fəlakətin başlanğıcı demək idi.
"Gənc Türklər" adlandırılan bu müxaliflər, İttihad və Tərəqqi Cəmiyyəti adı altında birləşərək, dövlət idarəsində dərin təfriqələrə səbəb olmuşdular. Düşmən tərəfindən daim alovlandırılan bu təfriqələr, Vahəddin Xan dövründə "yolun sonu" demək olan "ikibaşlılıq" halını almışdı.
Nuh Albayrak, dörd kitabdan ibarət tarix yolçuluğunun ikinci mərhələsində, Osmanlını məhv edən fitnələri "Dövləti Yıxan Təfriqələr" adı ilə yaxından araşdırdı.
Yaxşı niyyətli olmayan "vasitəçi müxalifət"in səbəb olduğu "dağıntıya" diqqət çəkən Albayrak, hiyləgər Xaçpərəst taktikaları və təxribatları ilə başlayan fitnə və intriqaların nəticəsində, altı əsrlik Osmanlı çinarının necə yıxıldığını özünəməxsus üslubu ilə göz önünə sərir.
Şərhlər 0
Şərh Yaz