Mürsel Bayram — "Çin — Afrika Əməkdaşlığı — Tarixi Fon və Əsas Dinamiklər" PDF
Afrikada artan Çin nüfuzunu təhlil etməyi məqsəd qoyan bu kitabda ilk növbədə Çin hansı baxımdan güclü, hansı baxımdan isə zəif bir böyük güc olduğuna toxunulur və Çin xarici siyasətindəki tarixi davamlılığa istinadla Afrikadakı Çin varlığının nəzəri olaraq yeni-xəracçı bir münasibət növünü əks etdirib-etdirmədiyi araşdırılır. Anti-hegemonizm, otoritarizm, Tayvan, Honq Konq və Uyğur məsələləri, enerji və ərzaq təhlükəsizliyi ilə iqtisadi güc asimmetriyası üzərindən Çin-Afrika əməkdaşlığının əsas siyasi və iqtisadi dinamikləri ətraflı şəkildə izah olunur. Həmçinin, Çin ilə rəqiblərinin Afrika siyasətləri müqayisə edilir və Pekin Konsensusu-nun Vaşinqton Konsensusu-na alternativ olub-olmadığı sualından çıxış edərək Afrikadakı Çin imici qiymətləndirilir. Sonda isə, zirvə diplomatiyası və əlaqədar fəaliyyət planları vasitəsilə Çin-Afrika əməkdaşlığının mahiyyəti ortaya qoyulmağa çalışılır.
Şərhlər 0
Şərh Yaz