Azərbaycancaaz
Mir.az » Kitablar » Lord Byron "Don Juan" PDF

Lord Byron "Don Juan" PDF

Lord Byron "Don Juan" PDF
  • Reytinq: 10
  • Şərhlər: 1
Populyarlıq 80% 80%


Diqqət Çəkənlər
Dünya ədəbiyyatının sözün əsl mənasında, Lordu sayılacaq Bayron "Don Juan” poemasında XIX əsrin bədii və musiqi nümunələrində təsvir edilən "qadın ürəyi ovçuluğu”nda əfsanələşmiş qəhrəmanlarının ümumiləşdirilmiş obrazına bənzərsiz bir yanaşma sərgiləyib. Bayronun Don Juanı istəmədən və bilmədən haqqında əfsanələr yaranmasına səbəb olur. Çətinliklərlə yoğurulmuş bir qəhrəman kimi bütün maddi-mənəvi enişləri təcrübədən keçirmiş Don Juanın əsl mükafatını öyrənməyə isə müəllifin ölümü imkan vermir. Hətta bu yarımçıqlığa baxmayaraq, poema bədii satira nümunələri arasında "ən yaxşı onluq”da yer alır.
Lord Bayron "Don Juan”ı epik şeir adlandırsa da, əsas obrazın yüzillərdir dastanlaşmış hekayəsi müəllifin epik şeir ənənələrini davam etdirilməsinə mane olub. Burada sadəcə Bayronun yazı prosesində ağlına gələn hər yeni nəsnə və obraz haqqında düşünüb, araşdırma apardıqca onu əsas hekayəyə bağlı tutmaq üçün işlək vəziyyətə gətirilmiş bir mühərrik görürük. Don Juan deyəndə ağlımıza gələn mövzu, əslində, bu poemanın çox cüzi hissəsində ön plandadır. Oxucu daha çox Bayronun İngiltərədə mədəni mühit, var-dövlət, güc, iqtidar, ictimai tələblər, şairlər və diplomatlar haqqındakı şikayətlərini dinləyir.
Lord Byron "Don Juan" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Ela Koç
    Ela Koç
    Qonaq

    Okumaya bugün başlıyorum

Şərh Yaz