Azərbaycancaaz
Mir.az » Kitablar » Jose Saramago "Görmək" PDF

Jose Saramago "Görmək" PDF

Jose Saramago "Görmək" PDF
  • Reytinq: 36
  • Şərhlər: 3
Populyarlıq 78% 78%


Diqqət Çəkənlər
Yenə də Saramaqonun özünəməxsus ironiyalı qələmindəyik, "Korluğ"un adı, yurdu bilinməyən ölkəsində. Korluq böyük xaosla, tragediya ilə bitmişdi. Ancaq üstündən çox keçməyib. Tragediya daha bitməyib. Xatirələr təzədir, qurbanlar hələ sağdır. İndi görülməmiş, eşidilməmiş böyük bir hadisənin astanasındadırlar : Seçki !

İllər boyu korluqda yaşayan insanlar birdən-birə doğru, məntiqli qərarlar verə bilərmi ? Dövlətdə birdən-birə şəffaf, ədalətli hökumət qurula, saat kimi işləyən bir sistem yaradıla bilərmi ? Məgər kiçikdən böyüyə bütün uyğunsuzluqlarda, anlaşmazlıqlarda oxların ən birinci yönələcəyi insan kütləni xilas etməyə çalışan, "görən" insan olmayacaqmı ?

• Hər şey tanışdır. Bilinməyən məkanlar, adsız insanlar. Bitməz, tükənməz "vergüllər". Axıcı, maraqlı hekayə. Oxuduqca real nümunələrini xatırladacaq olaylar. Bu Saramaqonun dünyasıdır. "Görən korlar"ın dünyası.

Adı açıqlanmayan ölkənin paytaxtında seçki günü yağış yağmağa başlayanda heç kim səs verməyə getmir. Günorta yağışı kəsəndə, düz saat dörddə seçicilər sanki sifariş almış kimi seçki məntəqələrinə axışırlar. Amma qutular açılanda məlum olur ki, verilən səslərin 83 faizi boş olub. Bunun məğlubiyyət qrupunun, üstəlik, beynəlxalq anarxist təşkilatın işi olduğunu nəzərə alan hökumət fövqəladə vəziyyət elan edir. İllər əvvəl şəhəri bürümüş “korluq epidemiyası”ndan sağ çıxan yeganə şəxsin də bu hadisə ilə bağlı olduğu ehtimal edilir. “Ağ vəba”nın başqa şəhərlərə keçməsinin qarşısını almaq üçün paytaxt mühasirəyə alınır, “cinayətkarları” tapmaq üçün polis komissarı təyin edilir.
Nobel mükafatı laureatı Jose Saramaqonun Korluqdan sonra yazdığı "Görmək" demokratiyanın zəifliyini və onun hökumətlər tərəfindən təhrif edilməsi haqqında heyrətamiz bir satiradır.
Jose Saramago "Görmək" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 3

Şərh Yaz
  1. - bibliophile -
    - bibliophile -
    İdarəçi
    Gözaltına alındı. 👀
    1. Okuryus
      Okuryus
      Cahil
      Təxirə salınmış ölümü də oxuya bilərsən.
      --------------------
      Önce dinle...
      1. - bibliophile -
        - bibliophile -
        İdarəçi
        Diqqətə alındı.

Şərh Yaz