Azərbaycancaaz
Mir.az » Kitablar » Aleksandr Düma "Üç muşketyor 2 İyirmi il Sonra " PDF

Aleksandr Düma "Üç muşketyor 2 İyirmi il Sonra " PDF

Aleksandr Düma "Üç muşketyor 2 İyirmi il Sonra " PDF
  • Reytinq: 7
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Alexandre Dumas (ata) (1802-1870): On doqquzuncu əsrdə bütün Avropanı bürüyən siyasi və sosial çaxnaşmalar içində yaşamasına baxmayaraq, daha çox 16. və 17. əsrin tarixi hadisələrini mövzu alan üç yüzdən artıq roman yazdı. Dövrünün sevilən və çox oxunan romantik yazıçıları arasında yer aldı. "Monte Kristo Qrafı", "Dəmir Maska" və "Qara Lalə" ən məşhur əsərlərindəndir. "Üç Muşketyor" iki əsr sonra belə hələ də zövqlə oxunan sürükləyici bir eşq və macəra romanıdır.

Ata d'Artanyanın Üç Hədiyyəsi 1625-ci ilin aprel ayının ilk bazar ertəsi günü, "Roman de la Rose"un müəllifinin doğulduğu Menq şəhəri Hugenotlar sanki ikinci bir Roşel hadisəsi üçün geri gəlmişlər kimi, yenidən inqilabi bir qiyama səhnə olurdu. Qadınların Grande-Rue'yə doğru qaçdığını, uşaqların qapı önlərində qışqırışdıqlarını görən bir çox şəhərli, zirehlerini tələsik əyinlərinə keçirib, bir işə yarayıb yaramayacağı bəlli olmayan alaypozan tüfənglərini və baltali nizələrini yanlarına alaraq, sayı hər keçən dəqiqə daha da artan səs-küylü və maraqli bir kütlənin toplandığı Franc Meunier hanına tələsirdilər. Bu cür ictimai çaxnaşmaların tez-tez yaşandığı o dövrdə, belə hadisələrin qeydə alınmadığı günlərə nadir rast gəlinirdi. Senyorlar öz aralarında toqquşur, kral kardinala müharibə açır, İspanlar krala qarşı vuruşurdular. Bu açıq və ya gizli, aşkar və ya məxfi müharibələrin xaricində, hər kəslə müharibə halında olan oğrular, dilənçilər, Hugenotlar və qaçqınlar vardı. Şəhərlilər oğrularla, ayaqtakımıyla, senyorlarla, Hugenotlarla, hətta bəzən kralla toqquşsalar da, kardinal və İspanlara heç vaxt qarşı çıxmırdılar. Budur, bu vərdişin təsiri ilə, sözügedən bazar ertəsi günü, sarı-qırmızı bayrağı və Rişelye hersogunun mühafizəçilərini görmədikləri üçün səs-küyü eşidər-eşitməz Franc Meunier hanına doğru qaçırdılar.

Aleksandr Düma "Üç muşketyor 2 İyirmi il Sonra " PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz