Azərbaycancaaz
Mir.az » Kitablar » Gregory David Roberts "Şantaram" PDF

Gregory David Roberts "Şantaram" PDF

Gregory David Roberts "Şantaram" PDF
  • Reytinq: 26
  • Şərhlər: 3
Populyarlıq 77% 77%


Diqqət Çəkənlər

"Şantaram" - 21-ci əsrin ən böyük şedevrlərindən biri. Həmçinin az sayda insanın həcminə görə risk edib oxuduğu və oxuduqdan sonra çox bəyəndiyi avtobioqrafik roman.

• Əsər kəskin süjeti və eyni zamanda hadisələrin altında gizlənən fəlsəfəsi ilə xəyanəti, qətli, dostluğu, məhəbbəti, ölümü və "həyat nədir?" sualının cavabını özündə birləşdirməyi bacarmışdır.

• Romanın yazılma hekayəsi olduqca maraqlıdır. Avstraliyanın Melburn şəhərində anadan olmuş müəllif boşandıqdan və atalıq hüququndan məhrum olduqdan sonra narkotik aludəçisinə çevrilmiş, bir sıra qarətlər törətmiş və həbs olunmuşdur, lakin sonra həbsxanadan qaçmağı bacarmış və 10 il boyunca Hindistanın Mumbay şəhərində qanundan gizlənmiş, buradakı sakinlər üçün pulsuz klinika işlətmiş, ancaq bununla yanaşı, Mumbay mafiyası üçün saxta sənəd hazırlamış və silah qaçaqçılığı etmişdir.

• 1990-cı ildə Frankfurtda, ölkəyə qaçaq eroin gətirərkən tutulur və Avstraliyaya göndərilir. Orada iki ili tək kamerada olmaqla 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilir. Robertsin sözlərinə görə, o, təkrar həbsxanadan qaçır, lakin geri dönüb təslim olur. Çünki yenidən öz ailəsinin yanına geri qayıda bilməsinin tək yolu cəzasını çəkməsi idi.

• Həbsxanada qaldığı ikinci dövrdə "Şantaram"ı yazmağa başlayır. Kitab yazıldığı ərəfədə iki dəfə həbsxana nəzarətçiləri tərəfindən məhv edilir və Roberts hər dəfə kitabı yenidən yazmalı olur. Cəzasını çəkib qurtardıqdan sonra nəhayət, kitabı yekunlaşdırıb nəşr etdirir.

• Kitabına "Şantaram" adını qoymasının səbəbi, bu adın ona Mumbaydakı ən yaxın dostunun anası tərəfindən verilməsi və mənasının "Sülh tərəfdarı" olması idi.

Əgər hələ də bu əsəri oxumamısınızsa və buna səbəb kitabın səhifə çoxluğudursa, xoş xəbərimiz var : əsərin dili çox axıcıdır, oxuduqca bitməsini istəməyəcəksiniz. Oxucuların bir çoxu kitabı qısa müddətdə oxuyub bitirmiş və haqqında olduqca müsbət rəylər yazmışdır ! 🤩

Xoş mütaliələr
Gregory David Roberts "Şantaram" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 3

Şərh Yaz
  1. Rahilə Məmmədova
    Rahilə Məmmədova
    Qonaq
    Oxuyum deyərəm
    1. sabuhi ramazan
      sabuhi ramazan
      Oxucu
      Oxudunmu??))
  2. Shantram07_05_2022
    Shantram07_05_2022
    Qonaq
    Təşəkkürlər ?

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar