Azərbaycancaaz
Mir.az » Kitablar » Cesare Pavese "Ay Və Tonqallar" PDF

Cesare Pavese "Ay Və Tonqallar" PDF

Cesare Pavese "Ay Və Tonqallar" PDF
  • Reytinq: 13
  • Şərhlər: 1
Populyarlıq 69% 69%


Diqqət Çəkənlər

Çezare Pavese (1908 - 1950) - italyan şair, yazıçı, tənqidçi və tərcüməçi.

📌"Ay və Tonqallar" , "Yalnız Qadınlar Arasında" kimi əsərləri və "Gündəliklər"i ilə bütün dünyada tanınan yazıçı olduqca tufanlı, qalmaqallı həyat yaşayıb. Dil & ədəbiyyat dərsləri vermək, yazılarını nüfuzlu ədəbiyyat jurnallarında dərc etdirməklə başladığı karyerası bir dostunun qurduğu nəşriyyatda "anti-faşist" yazılar yayımlamağa görə həbs edilməklə davam edir.

▪︎Ancaq bu onu nəinki dayandırmır, 1 illik həbsindən xatirələrini növbəti romanına daxil edir. 1950-ci ildə "Yalnız Qadınlar Arasında" romanına görə yerli nüfuzlu ədəbiyyat mükafatlarından birini qazanır, ədəbi dünyada ciddi, səviyyəli yer qazanır. Lakin şəxsi həyatındakı qalmaqallar, uğursuz eşq macəraları onu ruhi / psixoloji baxımdan hədsiz yorur, çarəni ölümdə görür. Dəftərindəki sonuncu qeydi "Artıq səhərləri də bürüyüb kədər" olur.

"Bu nəcib xoşbəxtliyin arxasında həmişə iki şey var idi : Acizliyim və heç nəyə bağlı olmamağım. İndi bir girdaba girmişəm ; öz zəifliyimi izləyir, iliklərimə qədər duyuram, məni əzən siyasi məsuliyyətləri daşıya bilmirəm. Yeganə çarəm var : İntihar."

Gündəliklər : 27 may, 1950.

📌Pavesenin əsərlərində qəhrəmanlar fiziki yaxud mənəvi olaraq həmişə tənhadır. Sevgi münasibətləri olsa belə, bunlar həmişə qısamüddətli, səthi alınır. Onun obrazları digər insanlarla həmrəy olmağa meyilli kimi görünür, ancaq əksər hallarda dostlarına və ideallarına xəyanət edən fiqur olurlar. Hekayələrinin mərkəzində və ya arxa planında həmişə bu yalnızlıq, yer tapa bilməmək hissi və təbii ki, müharibə mövzusu yer alır.

▪︎"Ay və Tonqallar" kitabında əsas obraz Amerikada bir pabda pivə içmə hekayəsini danışır. "Le Langhe" bölgəsindən olduğunu təxmin etdiyi şəxslə söhbəti içki növlərindən başlayır, səmimi ünsiyyətlə yekunlaşır. Bir neçə il sonra təkrar qəsəbəyə qayıdan qəhrəman həmin "Le Langhe" bölgəsini kəşf etməyə başlayır. Bir çox dəyərli insanların öldürüldüyü, sürgünə göndərildiyi, yerli təbiətin, qəsəbəyə məxsus gözəlliyin tapdanıb keçildiyini görür. Faşist ideologiyaların doğura biləcəyi nəticələrin yaxından şahidi olur.
Cesare Pavese "Ay Və Tonqallar" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Qonaq Sebine
    Qonaq Sebine
    Qonaq
    Heleki yukleyirem

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar